Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 22:17

Avropada qızılcadan ölüm halları 4 dəfə artıb


Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional ofisinin verdiyi məlumata görə ötən il Avropada qızılcadan ölüm hallarının sayı dörd dəfə artaraq 35-ə çatıb.

DST-nin fevralın 19-da açıqlanmış hesabatında deyilir ki, 2017-ci ildə Avropada 21 min 315 qızılcaya tutulma halı qeydə alınıb. 2016-cı ildə bu rəqəm 5273 idi.

Ukraynada qızıcaya tutulanların sayı 4767 olub. Ukraynadan başqa qızılcanın geniş yayıdığı daha iki ölkə İtaliya və Rumıniyadır.

DST bildirir ki, sözü gedən ölkələr vaksinasiyanın keçirilməsi ilə bağlı bir sıra çətinliklərlə üzləşib. Başqa sözlərlə bu ölkələrdə əhalinin müəyyən qruplarında vaksinasiya aparılmayıb.

Hesabatda bu da deyilir ki, regionun 53 ölkəsindən 15-də qızılcaya tutulma halları 100-dən çox olub.

Qızılcanın geniş yayıldığı ölkələrdən biri də Serbiyadır. Burada ötən il 702 yoluxma qeydə alınıb. Tacikistanda 649, Rusiyada 408 qızılcaya yoluxma halı olub.

DST-nin regional direktoru Zsuzsanna Jakab deyib ki, qızılcaya tutulma halları vaksinasiya edilməyən uşaq və böyüklərin bu xəstəlik qarşısında müdafiəsiz olduqlarını bir daha nümayiş etdirib.

Qızılca son dərəcə yüksək yoluxuculuğa malik xəstəlikdir. O öskürmə, asqırma, yaxın şəxsi təmas və ya infeksiyalı burun və ya ağız seliyi ilə birbaşa kontakt vasitəsilə keçir.

DST-nin məlumatında deyilir ki, bu xəstəlik xüsusilə də körpə uşaqlar və hamilə qadınlar üçün təhlükəlidir.

2017-ci ildə qızılcanın geniş yayıldığı başqa ölkələr bunlardır: Yunanıstan (967), Almaniya (927), Fransa (520), Belçika (369), Britaniya (282), Bolqarıstan (167), İspaniya (152), Çex Respublikası (146) və İsveçrə (105).

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG