Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:04

Azərbaycanda qızıl hasilatı azalıb


Qızıl
Qızıl

Azərbaycanın əsas qızıl istehsalçısı olan «Anglo Asian Mining» (AAM) şirkəti hasilatı azaltdığını bildirib. Şirkətin oktyabrın 13-də yaydığı məlumatda deyilir ki, bu ilin yanvarından sentyabra qədərki qızıl hasilatı keçən ilin eyni dövrüylə müqayisədə 7.8% düşüb, ona görə də şirkət 2016-ci ilə hasilat hədəfini azaldıb.

«Reuters» agentliyi bildirir ki, AAM-ın 2016-da istehsal hədəfi 73-77 min unsiyadan 69-71 min unsiyaya salınıb.

ŞİRKƏTİN SƏHMLƏRİ UCUZLAŞIB

Mining.com nəşri sərmayəçilərin AAM-ın istehsalı azaltması xəbərinə neqativ reaksiya verdiyini yazır. Oktyabrın 13-də axşam London bazarında şirkətin səhmlərinin qiyməti 8.33 % düşüb.

AAM-ın baş icraçı direktoru Rza Vəziri qızıl istehsalının azalmasını ikinci yarıavtogen üyütmə zavodunun işə gözlənildiyindən gec başlamasıyla izah edib. Zavod hasil edilən filizin əzilməsi və üyüdülməsiylə məşğul olur.

Keçən il AAM qızıl istehsalını 19% artırmışdı, 72 min unsiyadan çox qızıl çıxararaq illik planı yerinə yetirmişdi.

Ancaq qəzetlər qızıl istehsalı düşsə də, AAM-ın mis və gümüş hasilatı rəqəmlərinin pozitiv olduğunu yazırlar.

MİS VƏ GÜMÜŞ HASİLATI ARTIB

«Reuters» agentliyi qeyd edir ki, Gədəbəy yataqlarından mis hasilatı ilk 9 ayda 1363 tona çatdırılıb. Keçən il eyni müddətə 634 ton mis hasil edilmişdi. 2016-cı ilin mis istehsalı hədəfi 1700-2000 tondur.

Gümüş istehsalı 10 min 916 unsiyadan 114 min 915 unsiyaya qaldırılıb.

Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkəti Azərbaycanda hasilata 2009-cu ildən başlayıb. Dövlət şirkətdə 49 faiz paya sahibdir.

Şirkət ümumilikdə Azərbaycanın qərbində yeddi yatağı istismar etməyi, 22 ton qızıl çıxarmağı planlayır.

Bölgənin ümumi ehtiyatlarının 430 ton olduğu güman edilir.

XS
SM
MD
LG