Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:00

"Azərbaycanda qız qıtlığı yarana bilər"


Illüstrasiya
Illüstrasiya

-

“...Bəzi valideynlər həkimlərlə birlikdə günaha əl atır. Bunun nəticəsində gələcəkdə Azərbaycanda qız qıtlığı yarana bilər ”.

Bunu selektiv aborta qarşı çıxan deputat Rafael Cəbrayılov deyib. Deputat Mia.az-a müsahibəsində selektiv abortların qadağan edilməli olduğunu bildirib.

“Bu qadağan edilməlidir. Qadağanın pozulmasına görə inzibati, ağırlaşdırıcı hallar mövcud olduqda isə, hətta cinayət məsuliyyəti müəyyən etmək lazımdır. Çünki, söhbət xalqımızın genefondundan, gələcəyindən gedir” - deyən deputat selektiv abortlarla bağlı Azərbaycanda vəziyyətin bərbad olduğunu söyləyib.

Deputat 2015-ci ildə abortların statistikasının qorxunc olduğunu bildirib.

“Ötən il 18-19 yaşlı qadınlardan 1073, 20-24 yaşlı qadınlardan 5738, 25-29 yaşlı qadınlardan 8365, 30-34 yaşlı qadınlardan 7756, 35 yaşdan yuxarı qadınlardan isə 4200 abort əməliyyatı həyata keçirilib. Qeyri-rəsmi məlumatlara görə, abortların üçdə ikisinin səbəbi dölün qız olmasıdır. Elə bu səbəbdəndir ki, oğlanların qızlara nisbətinə görə Azərbaycan Çindən sonra ikinci sıradadır. Çində hər 100 qıza 120 oğlan, Azərbaycanda isə hər 100 qıza 117 oğlan düşür” - deyən deputata görə, bu halın qarşısını almaq üçün dövlətin müdaxiləsinə ehtiyac var.

Rafael Cəbrayılov bildirib ki, selektiv abortları qadağan edən, bunun pozulmasına görə inzibati və cinayət məsuliyyəti müəyyən edən qanun layihəsi üzərində işləyir.

Rafael Cəbrayılov bir müddət əvvəl Avropa Məhkəməsi qərarlarının icrası qaydalarının dəyişdirilməsi təklifi ilə də çıxış etmişdi.

Buna da bax: Tbilisinin məşhur "Kükürd hamamları" bağlanır

Tbilisinin məşhur "Kükürd hamamları" bağlanır
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

XS
SM
MD
LG