Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 19:01

'Cəmiyyətin keçmiş alışqanlıqları nəzərə alınıb'


İstiqraz

Qiymətli kağızların sənədli formada buraxılışına yenidən icazə verilib. Prezident İlham Əliyev fevralın 1-də «Qiymətli kağızlar bazarı haqqında» Qanuna bu dəyişiklikləri təsdiqləyib.

2015-ci il iyulun 1-də həmin qanun qüvvəyə minəndən sonra bütün emitentlər sənədli qiymətli kağızları dövriyyədən yığmalı oldu. Bütün qiymətli kağızlar sənədsiz formaya dəyişildi və bütün emitentlər qiymətli kağızların Milli Depozit Mərkəzində saxlanması barədə müqavilə imzaladı.

Sənədli qiymətli kağız – saxtalaşdırma imkanlarını aradan qaldırmaq məqsədilə xüsusi qaydada hazırlanmış kağız blanklarda (sertifikatda) çap edilmiş qiymətli kağız formasıdır.

«KEÇMİŞDƏ «ZAYOM» DEDİYİMİZ UDUŞLU İSTİQRAZLAR VARDI»

Bəs bu dəyişiklik niyə edildi? Maliyyə bazarları eksperti Cəfər İbrahimli deyir ki, burda cəmiyyətin keçmiş alışqanlıqları nəzərə alınıb: «Keçmişdə insanların «zayom» dediyimiz uduşlu istiqrazları vardı. İnsanlar aldıqları qiymətli kağızı sənəd formasında əldə etmək istəyirlər».

Ekspert əlavə edir ki, buna görə hansısa şirkət istiqraz emissiya edəndə, sənədli variantından yararlana bilsin deyə, bu dəyişikliyi gerçəkləşdirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG