Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:37

Nazirlikdən: ‘Qiymətlərin azalacağı gözlənir’


Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi meyvə-tərəvəz məhsullarının qiymətlərinin tez bir zamanda aşağı düşəcəyi ilə bağlı gözləntisini açıqlayıb.

“Report”un məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bahalaşma pis hava şəraiti ilə bağlı baş verib.

Onun sözlərinə görə, Azərbaycandakı yağıntılarla əlaqədar məhsulunun yetişməsi gecikir, sahələrdən məhsulun kütləvi yığımı ləngiyib. "Nəticədə bazara məhsul təklifi azalır. Yağıntıların azalması məhsulun kütləvi yığınına şərait yaratmaqla, açıq sahə məhsulunun bazara çıxarılmasını sürətləndirəcək. Nəticə etibarilə, qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə azalacağı gözlənir. Bu cür hallara əvvəlki illərdə də rast gəlinib”, deyə Hüseynov bildirib.

Xatırlatma

Son həftələr Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərinin kəskin bahalaşdığı bildirilir. Bu xüsusilə pomidorda özünü göstərir. İyun ayında 50-80 qəpiyə satılan pomidor, hazırda paytaxt Bakıda 2-3 manat arasında dəyişir.

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmov da AzadlıqRadiosuna demişdi ki, bazarlarda kənd təsərrüfatı məhsulların bahalaşmasının səbəb əsasən qıtlıqdır.

Onun sözlərinə görə, ölkədə məhsuldarlıq ilbəil aşağı düşür: “Mineral gübrələr isə keyfiyyətsizdir və torpağın keyfiyyətini pisləşdirir”

Rəsmilər isə bir qayda olaraq ilbəil kənd təsəürfatı məhsullarının istehsalında artım olduğunu bildirirlər.

XS
SM
MD
LG