Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:45

Anası Qiyas İbrahimova təzyiqlər olduğunu deyir


Qiyas İbrahimov
Qiyas İbrahimov

“2 saylı Cəzaçəkmə Müəssisəsində oğlum Qiyas İbrahimova təzyiqlər var”

Bunu Qiyas İbrahimovun anası Şura Əmiraslanova bildirib.

Şura Əmiraslanovanın sözlərinə görə, oğlu bunu bugün, fevralın 6-da telefon danışığında bildirib.

Anası iddia edib ki, fevralın 5-də səhər yoxlamasına çıxarkən Qiyas İbrahimova qarşı təxribat baş verib:

“Rəis müavini “baraka” gəlib, Qiyasa aid olan əşyaları yoxlayıb, Qiyasin çarpayısının səliqəsiz olduğunu bildirib. Onu “barak” yoldaşları ilə birlikdə 7 nəfəri 6 saat ayaq üstdə saxlayıblar. Bununla da Qiyasla dustaqlar arasında narazılıq salmağa çalışıblar. Sonra isə rəisin otağına aparıblar. O, Qiyasa “sən professorluq” edirsən deyib və töhmət verib”.

Şura İbrahimova
Şura İbrahimova

Şura Əmiraslanova iddia edib ki, fevralın 6-da telefon danışığına gələndə də Qiyas İbrahimov oxşar xəbərdarlıq alıb.

Anasının deməsinə görə, oğluna bildiriblər ki, “sən nəzarətdəsən”. “Qiyas bunu da dedi ki, “mən həbsxana qaydalarına tam riayət edirəm, heç bir qanunu pozmuram. Mənim cibimdən, yatağımdan, əşyalarımin içindən hər hansı silah, sursat, narkotik çıxsa bu birbaşa rəhbərliyin işidir və cavabdeh də rəhbərlikdir””- deyə anası bildirib.

Qiyas İbrahimovun anasının dedikləri ilə bağlı Penitensiar Xidmətdən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Amma bu qurumdan oxşar şikayətlərlə bağlı bundan əvvəl bir qayda olaraq bildirilib ki, cəzaçəkmə yerlərində məhkumlarla yalnız qanun çərçivəsində davranılır.

Xatırlatma

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların hazırkı dövlət başçısı İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazdıqlarına görə həbs edildikləri iddia olunur.

“Amnesty International” təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Ancaq hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir.

2017-ci il iyulun 13-də Qiyas İbrahimov və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə əlavə ittiham elan olunub. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb.

Həmin il dekabrın 18-də Yasamal Rayon Məhkəməsi Həsən İbrahimovu aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edib. Qiyas İbrahimovun cəzası isə daha 3 ay artırılıb.

XS
SM
MD
LG