Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:52

Sentyabrın 8-i Qiyas İbrahimovun məhkəməsidir


Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Gənclər bir günün içində necə "narkoman" oldu?

Sentyabrın 8-də gənc fəal Qiyas İbrahimovun məhkəməsi başlayır.

Vəkil Elçin Sadıqovun bildirdiyinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun icraatına verilib.

Gənc fəal Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilir.

İttihamlar təsdiqlənərsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Onunla birlikdə saxlanan başqa bir gənc fəal Bayram Məmmədovun isə istintaqı başa çatmayıb. Sentyabrın 6-da Xətai Rayon Məhkəməsi onun həbs müddətini daha 2 ay uzadıb.

Q.İbrahimov B.Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

XS
SM
MD
LG