Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:41

'Gənclərin hamıya salamları var'


Gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov

Bu gün, dekabrın 7-si vəkil Elçin Sadıqov həbsdə olan gənc fəallar Bayram MəmmədovQiyas İbrahimovla görüşüb.

Bu barədə Elçin Sadıqovun özü məlumat yayıb:

“Əhvalları yaxşıdır. Hamıya salamları var. Bayram Məmmədov son sözə hazırdır. Gənclər onları dəstəkləyən hər kəsə, o cümlədən beynəlxalq təşkilatlara təşəkkürlərini bildirdilər. Xüsusi ilə də Amnesty İnternational təşkilatına onlarla bağlı apardığı "write for rights" kampaniyasına görə razılıq etdilər”.

Buna da bax:​ Tbilisidə gənclərə dəstək aksiyası

Vəkil qeyd edib ki, Qiyas İbrahimovun əsassız və qanunsuz olaraq 10 il həbs edilməsi ilə bağlı şikayətinə ilkin baxış iclası dekabrın 13-ə təyin edilib. Şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

Bayram Məmmədov və Qiyas İbrahimov bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B. Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q. İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Buna da bax: Bayram: «Məqsədim «böyük qardaş»ı qəzəbləndirmək idi»

Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazıldığına görə, həbs edildiklərini bəyan ediblər.

Q.İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Bayram Məmmədovun məhkəməsi isə başa çatmayıb. Prokuror ona 10 il 6 ay cəza istəyib.

Buna da bax:

Bayram Məmmədova 10 il 6 ay iş istənildi
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

XS
SM
MD
LG