Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 11:12

Kurmanbek Bakiev: 'Heç birinin qarşısında quyruq bulamamışam'


Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiev AzadlıqRadiosunun Belerus xidmətində, Minsk, 2 mart 2017

Qırğızıstanın ikinci prezidenti Kurmanbek Bakiev Belarusa mühacirət edib, prezident Lukashenkoya, ailəsinin biznesinə yardım edir. Onun yenidən Qırğızıstana və böyük siyasətə qayıtması ehtimalından danışılır. Bu haqda “Currenttime.TV” yazır.

Kurmanbek Bakiev 2005-10-cu illərdə “Zanbaq inqilabı” nəticəsində Asker Akaev-dən hakimiyyəti təhvil almışdı.

Elə özü də növbəti inqilab nəticəsində ölkəni tərk etməli olub. Artıq neçə ildir ki, o, ailəsi ilə birgə Belarusda siyasi mühacir kimi yaşayır. Qırğızıstan hakimiyyəti onun geri verilməsini tələb edir. Onun hakimiyyətinin üzvləri britaniyalı biznesmenin həyatına qəsddə və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırırlar.

“Lukashenko-ya ömür boyu minnətdaram”

Belarus prezidenti Alyaksandr Lukashenka, 4 mart 2017
Belarus prezidenti Alyaksandr Lukashenka, 4 mart 2017

Kurmanbek Bakiev AzadlıqRadiosunun Belarus xidmətinə müsahibəsində bir çox məqamlara toxunub. O, keçmiş prezident Asker Akaev-in onu Lukashenko ilə eyni cür düşünməsi ilə bağlı şərhinə belə cavab verib:

“Belə bir müqayisə yersizdir. Akaev-in məntiqilə, o da Putin-ə (Rusiya prezidenti Vladimir Putin) mənəvi və tərziylə oxşayır. Amma mən Akaev-i də, Putin-i də yaxşı tanıyıram, deyə bilərəm ki, belə deyil. Düzdür, biz Lukashenko ilə nədəsə oxşayırıq, nədəsə yox. Digər normal insan kimi...”

Kurmanbek Bakiev Qırğızıstanı tərk etmə səbəblərindən danışıb. Deyib ki, Prezident Adminstrasiyası ələ keçiriləndən sonra o, 9 gün ölkənin cənubunda qalıb. Bir gün Putin ona zəng edib və ölkəni tərk etməsini məsləhət bilib, çünki regional münaqişə başlasa, səbəbkar onu biləcəkdilər.

Bakiev deyir ki, görünür, artıq bu münaqişənin əlamətləri hiss olunmağa başlayıb, çünki o ərəfədə Lukashenko ona zəng edib:

“Telefonu açan kimi dedi, Kurmanbek, sən hələ sağsan?”

Sabiq prezident Lukashenko-nun təklifi ilə ölkədən çıxdığını deyir. Bakiev, onu ölkədən çıxarmaqla Qırğızıstanda münaqişə yaranmasının qarşısını aldığı və ailəsini qoruduğu üçün ömrü boyu Lukashenkoya minnətdar olacağını deyib.

“2010-cu ildəki inqilab yox, dövlət çevrilişi idi”

Kurmanbek Bakiev, Minsk, 2 mart 2017
Kurmanbek Bakiev, Minsk, 2 mart 2017


Kurmanbek Bakiev vurğulayıb ki, 2010-cu ildə baş verənlər inqilab yox, dövlət çevrilişi idi. O, 2005-ci ildəki “Zanbaq” inqilabının bütün ölkəböyu başladığını, 2010-cu ildəki etirazların isə bir neçə min adamın təşkil elədiyini söyləyir.

O xatırlayır ki, britaniyalı biznesmenin ölümü ilə bağlı Londonda keçirilən məhkəmə prosesində onu və böyük oğlunu prosesə cəlb ediblər: “guya onun ölümünü biz hazırlamışıq”. O bildirib ki, vətənində bu işlə bağlı ittiham olunsa da, Qırğızıstanın indiki hakimiyyəti bunu London məhkəməsində sübut edə bilməyib.

Bakiyev deyib ki, onun Qırğızıstanda heç bir sərvəti yoxdur, ona məxsus iki evi də dağıdıblar:

“Deyirlər ki, onun oğlu bizneslə məşğuldur. Bəli, oğlum biznesmendir, ancaq o, hansı səhmlərin sahibidir, bir ata kimi bunu bilmirəm”.

Sabiq prezidentin sözlərinə görə, oğlu hüquqşünas kimi Londona gəlib və burda öz işini qurub, əgər oğlu Qırğızıstan hakimiyyətinin iddia etdiyi kimi, ölkədən milyardlar, milyonlar çıxarıbsa, onda qırğız hökuməti əlindəki sübutları London məhkəməsinə versin.

“Baş naziri əlcək kimi dəyişirlər”

Bu il Qırğızıstanda keçiriləcək prezident seçkisinə qoşulmuş namizədlərlə bağlı konkret fikrini söyləməyən Bakiev bunu belə əsaslandırır:

“İndi desəm ki, hansı namizədə rəğbətim var, o dəqiqə deyəcəklər ki, Bakiev filankəsi dəstəkləyir. Xeyir vermək əvəzinə zərər vermiş olaram. Ona görə rəğbətim kimədir, söyləmirəm. Bütün normal ölkələrdə olduğu kimi, prezidentliyə layiq namizədlər var”.

Kurmanbek Bakievlə müsahibə montaj ərəfəsində, 2 mart 2017
Kurmanbek Bakievlə müsahibə montaj ərəfəsində, 2 mart 2017

Ancaq o vurğulayıb ki, Qırğızıstanda müxtəlif və çoxlu hakimiyyət iddiasında olan siyasi qruplar var:

“Baş naziri əlcək kimi dəyişirlər. Bu zaman hansı iqtisadi yüksəlişdən danışmaq olar? Hakimiyyətdə sabitlik yoxdur. MDB ölkələri baş nazirləri arasında belə bir zarafatın dolaşdığını eşitmişəm ki, bir forumda bir baş nazirlə tanış olmağa vaxt tapmamış digərinə ayrısı gəlir”.

Bakiev deyir ki, bir ölkədə prezidentlərin tez-tez dəyişməsi yaxşı hal deyir. Onun fikrincə, hakimiyyət pilləsi artdıqca, liderə daha çox vaxt lazımdır ki, ideyalarını gerçəkləşdirə bilsin. O, güclü prezident-güclü parlament quruluşunun tərəfdarı olduğunu, belə sistemin ölkəni inkişaf etdirdiyini söyləyir. Ancaq sabiq prezident onu da vurğulayır ki, əsas olan qanunların işləməsidir.

K.Bakiev Qırğızıstandan Amerika hərbi bazasının çıxarılmasını mənfi hal sayır, deyir ki, bu hərbi baza Amerikadan çox, Qırğızıstana lazım idi.

“Anam demişdi, səndən heç vaxt rəis olmayacaq”

Bakiev “Siz Rusiyadan ötrü rahat prezident idiniz?” sualına belə cavab verib: “Mən nə Rusiya üçün, nə qonşulardan ötrü rahat prezident idim. Amma həmişə yola gedirdik”.

“Niyə rahat prezident deyildiz” sualına isə cavabı belə olub:

“Rəhmətlik anam deyərdi ki, səndən heç vaxt rəis olmayacaq, çünki əyilməyi bacarmırsan. Həmişə düşünürdüm, niyə əyilməliyəm ki? Mən İslam Karimov-la, Nazarbayev-lə, Putin və Medvedev-lə hər zaman açıq danışmışam. Qırğızıstan, düzdür, onlarla müqayisədə balaca ölkədir. Ancaq heç vaxt onlara quyruq bulamamışam, yaltaqlanmamışam”.

Günün bütün mövzuları

XS
SM
MD
LG