Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 05:37

Qırğızıstan Azərbaycanın bütövlüyünü tanımır?


Azərbaycan prezidenti ilə Qırğısıtan prezidenti , Azərbaycan, Qəbələ 15 avqust 2013

İqtisadi əməkdaşlıq Təşkilatının (İƏT) Islamabad Sammitində Qırğızıstan Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnaməyə qoşulmayıb.

APA-nın xəbərinə görə, bunu Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovbildirib.

“Bu bizi təəccübləndirdi. Təəssüf ki, Qırğızıstan tərəfi nəyəsə görə bunun siyasi məsələ olduğunu əsas gətirib, qətnaməyə qoşulmadı. Bu qədər işlər, ölkələrin qarşıya qoyduğu vəzifələr qarşısında bu addımın atılması başa düşülən deyil”.

N.Məmmədov deyir ki, bu qətnamədə qeyri-adi heçə yoxdur:

"BMT-nin tələb etdiyi prinsiplərdir, ölkələrin ərazi bütövlüyü, suverenliyi və münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi qoyulub”.

İqtisadi əməkdaşlıq Təşkilatının 1985-ci ildə Pakistan, Türkiyə, İran tərəfindən qurulub. 1993-cü ildən Azərbaycan və 5 Orta Asiya respublikası bu quruma üzv olublar.

Bu il martın 1-də Pakistanda qurumun XIII sammiti keçirilib.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG