Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 09:33

5 yaşlı uşaq maşın bazarında çalışır


Qırğızıstan, Maşın bazarında çalışan 5 yaşlı Nurbolot, fevral 2017

Rəsmi statistikaya görə, Qırğızısatanda hər üç uşaqdan biri işləyir

Bu günlər Qırğızıstanda, maşın bazarında çalışan 5 yaşlı oğlanın görüntüləri qızğın müzakirə mövzusuna çevrilib. Cırıq ayaqqabısıyla 10 dərəcə şaxtalı havada bazarda alver edən zavallı uşağın görüntüləri internet istifadəçilərini xeyli qəzəbləndirib.

Bu görüntülərdən sonra bazara gəlib uşağı axtaran sosial xidmət işçiləri, onu tapa biməyiblər. AzadlıqRadiosunun qırğız xidmətinin əməkdaşı o uşağın bacısını taparaq, danışdıra bilib.

"Mən çörək, qənd, hərdən də oyuncaq alıram"

Bişkekdəki maşın bazarında işləyən 5 yaşlı uşaq iki həftə əvvəl camaatın diqqətini çəkə bilib. Videogörüntülərdə ayağında cırıq çəkmə olan uşaq danışır ki, çəkmələrinin tamam cırılıb ayağından çıxmaması üçün onları yapışqan lentlə bağlayır. Videoğörüntüləri satıcılardan, ya da bazar mühafizəçilərindən birinin çəkdiyi güman olunur. Elə həmin reportajda uşağı görüntüləyən şəxs deyir ki, 5 yaşlı Nurbolot artıq 6 aydır maşın bazarında işləyir.

"Valideynlərinə kömək edirsənmi" sualına cavabında balaca oğlanbelə deyir:

"Mən çörək alıram, qənd alıram. Hərdən oyuncaq da alıram".

Bəs, 5 yaşlı uşaq nə iş görür? Nurbolot müştərilərdən üstündə maşın haqqında məlumat olan kağızları (maşının ön şüşəsinə vurulur) almalarını xahiş edir. Bu görüntülərdən sonra sosial xidmət işçiləri, xeyriyyə təşkilatları, ona yardım etmək istəyənlər və jurnalistlər uşağı axtarmağa başlayırlar. Qonşularının dediyinə görə, Nurbololotun ailəsi videogörüntülərdən sonrayaşadıqları yerdən köçüb gediblər. Qonşular Nurbololotun atası həbsə düşəndən sonra bütün ailənin maşın bazarında işləməyə başladığını da bildiriblər. Uşağın anasını tapıb danışdırmaq mümkün olmayıb.

Qırğızıstan-Nurbololotun böyük bacısı, o da maşın bazarında avtomobillri yumaqla pul qazanır, fevral, 2017
Qırğızıstan-Nurbololotun böyük bacısı, o da maşın bazarında avtomobillri yumaqla pul qazanır, fevral, 2017

"O, bazarda işləmir, kağızlarla oynayır"

AzadlıqRadiosunun qırğız xidmətinin müxbiri bazarda 5 yaşlı oğlanın böyük bacısını tapa bilib. Bacısı deyib ki, o da anası kimi maşın yumaqla pul qazanır. Böyük bacı balaca qardaşının heç vaxt bazarda işləmədiyini bildirib:

"O, bazarda işləməyib, sadəcə, kağızlarla oynayıb".

Bişkekin maşın bazarında Nurbolotun gördüyü işlə elə uşaqlar məşğul olur. Onlar bu yolla, az-çox, ailələrinin dolanışığına kömək edirlər. Belə alverlə uşaqlar günboyu, orta hesabla, 15 dollar qazanırlar.

Hava necə olur-olsun...

Yeniyetmələr istənilən havada işə çıxırlar. Əsasən, həftəsonu, iki istirahət günü ərzində mümkün qədər çox satmaq lazımdır. Uşaqlar danışırlar ki, əvvəl-əvvəl aralarında "ərazi uğrunda mübarizə" başlanır. Get-gedə hər şey yoluna düşür, hərə öz ərazisinə çəkilib alverinə baxır.

Qırğızıstan, qarlı havada uşaqlar yol kənarında durub sürücülərə elanlar paylayırlar, fevral 2017
Qırğızıstan, qarlı havada uşaqlar yol kənarında durub sürücülərə elanlar paylayırlar, fevral 2017

İşləyən uşaqlardan biri, 11 yaşlı Bakay deyir ki, qazandığı pulların hamısını evdə atasına verir. Atası da həmin puldan ona cibxərcliyi ayırır. Bakayın fikrincə, uşaqlara işləməyi qadağan etmək olmaz, axı həmin uşaq bazara gələ bilməsə, onda onun ailəsi üçün lap pis olacaq və daha ağır duruma düşəcək. Yaxşı pul qazanandasa, uşağın valideynlərinə də az-çox köməyi dəyir, evdə də həmin uşağa hörmətlə yanaşırlar.

Rəsmi statistikaya əsasən, Qırğızıstanda hər üç uşaqdan biri işləyir.

Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada 5-14 yaş civarındakı 165 milyon uşaq işləyir. Uşaqlaırn işləməsi birbaşa kasıblıqdan qaynaqlanır. Maddi baxımdan korluq çəkən ailələr uşaqlarını işə göndərirlər. Bir qayda olaraq, işləyən uşaqların böyük əksəriyyəti məktəbə getmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG