Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:42

Qırmızı Körpü gömrük məntəqəsində qəza olub, ölən var


Arxiv foto

Sentyabrın 4-də Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində insan tələfatı ilə nəticələnən qəza hadisəsi baş verib.

Bu barədə Dövlət Gömrük Komitəsi ilə Sərhət Xidməti birgə məlumat yayıblar.

Məlumatda deyilir ki, Gürcüstana "bitum" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarəti zonasını tərk etdikdən sonra Gürcüstan ərazisinə daxil olarkən qəza törədib. Nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin ərazisində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu həyatını itirib.

Birgə məlumatda qeyd olunur:

"İlkin ehtimala görə qəza avtomobilin əyləc sistemində yaranan nasazlıq səbəbilə baş verib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qəzanın əsl səbəbi araşdırmalardan sonra məlum olacaq".

Hazırda gömrük-sərhəd keçid məntəqəsinin normal iş rejimində fəaliyyət göstərdiyi bildirilir.

Multimedia

XS
SM
MD
LG