Keçid linkləri

2025, 26 Yanvar, bazar, Bakı vaxtı 00:49

Qırğızıstan-Tacikistan sərhədində silahlı toqquşma davam edir


Qırğızıstan, Bişkek xəstəxanasına yaralı gətiriir, 17 sentyabr 2022
Qırğızıstan, Bişkek xəstəxanasına yaralı gətiriir, 17 sentyabr 2022

Qırğızıstan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Batken vilayətində silahlı qarşıdurmda həlak olanların sayı 36, yaralıların sayı isə 129 nəfərə çatıb.

Tacikistan tərəfi itkilərlə bağlı rəsmi məlumatları açıqlamır.

AzadlıqRadiosunun tacik xidmətinin müxtəlif mənbələrə istinadən məlumat verir ki, sərhəd münaqişəsi nəticəsində 39 Tacikistan vətəndaşı həlak olub. Xəbərdə o da qeyd edilir müstəqil mənbələrdən bu məlumatları təsdiqləmək hələlik mümkün olmayıb.

Sentyabrın 16-da Qırğızıstan və Tacikistan sərhədinin bir neçə hissəsində dərhal atışma başlayıb və bu, insan təlafatı ilə nəticələnən böyük toqquşmalara çevrilib.

Qırğızıstan-Tacikistan sərhəddində Tacikistan vətəndaşına məxsus ev
Qırğızıstan-Tacikistan sərhəddində Tacikistan vətəndaşına məxsus ev

Sentyabrın 17-də Oş vilayətinin Çon-Alay rayonunda vəziyyət gərginləşib, iki ölkənin hərbçiləri arasında atışma olub. Tərəflər vəziyyətin gərginləşməsində bir-birini günahlandırıblar.

Bunun 2021-ci ilin yazından bəri iki qonşu ölkə arasında baş verən ən böyük zorakılıq olduğu deyilir. Hər iki tərəfdən onlarla insan həlak olub, ən azı 150 nəfər yaralanıb.

Həbsdən buraxılan vəkil Elçin Sadıqov: Qərar belədir ki, mən Bakıdan kənara çıxa bilmərəm...
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Son silahlı toqquşmanın baş vermə səbəbi hələlik məlum deyil.

Orta Asiyada sərhəd problemləri daha çox Sovet dövrü ilə bağlıdır, o zaman Moskva bölgəni etnik qruplar arasında bölməyə çalışıb.

Son illərdə iqlim dəyişikliyi fonunda su qıtlığı ilə bağlı mübahisələrlə bağlı da gərginlik yaranıb. Hər iki tərəf bir-birini münaqişəni qızışdırmaqda, ağır silahlardan və pilotsuz uçuş aparatlarından istifadə etməkdə ittiham edir.

Beynəlxalq Qızıl Xaç Komitəsi sentyabrın 17-də Qırğızıstan-Tacikistan sərhədində hərbi əməliyyatların intensivləşməsi və onun humanitar nəticələrindən narahatlığını bildirib.

XS
SM
MD
LG