Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:35

Qırğızıstanda etirazçılar Qazaxıstan səfirliyinə yeşiklərlə alt paltarı gətiriblər


Qazaxıstan səfirliyinin qarşısında etiraz aksiyası
Qazaxıstan səfirliyinin qarşısında etiraz aksiyası

Noyabrın 30-da Qazaxıstanın Bişkəkdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyaçılar Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakıyevdən bəhs edən sənədli filmə etiraz olaraq səfirlik binasının qarşısına alt paltarları ilə dolu yeşiklər gətirmişdilər.

Bu etiraz aksiyası Qırğızıstan və Qazaxıstan arasında son aylarda davam edən gərginlik dövrünə təsadüf edir.

Bu gərginliyə səbəb isə iki ölkə arasındakı sərhəd keçid-buraxılış məntəqəsinə dair mübahisələr və Bişkəkin Qazaxıstanın Qırğızıstanda oktyabr ayında keçirilmiş prezident seçkisinə müdaxiləsi barədə iddiaları olub.

10-15 nəfərdən ibarət etirazçılar qrupu noyabrın 29-da Qazaxıstanın dövlət Xabar telekanalında “Sülhyardıcı missiya: Qırğız müsibəti” adlı filmin efirə verilməsini pisləyirdilər. Onlar bildirirdilər ki, bu filmdə Bakıyevi devirmiş “2010-cu il aprel inqilabının” mənası təhrif edilib.

Bakıyev hakimiyyətdən devrildikdən sonra ölkədən qaçıb və hazırda Belarusda yaşayır.

O iğtişaşlar zamanı 100-dək etirazçının ölümünə səbəb olmaqda təqsirli bilinib və Qırğızıstan məhkəməsi onu qiyabi olaraq ömürlük həbsxana cəzasına məhkum edib.

Bu sənədli filmdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2010-cu ildə Qırğızıstandakı vəziyyətin sabitləşməsində əsas rolu oynamış “müdrik siyasətçi” kimi təsvir edilib.

Bu filmdə habelə Bakıyevin, paytaxtda və bunun ardınca onun cənubi Qırğızıstandakı istehkamında baş verən zorakılıqlar barədə öz versiyasını açdığı müsahibəsi səslənir.

Qazaxıstan səfirliyinin qarşısına yeşiklərlə alt paltarları gətirən etirazçılar bunun Bakıyev üçün olduğunu deyiblər.

Bu sənədli filmdə Bakıyev Qırğızıstanı tərk edərkən hər şeyini, hətta alt paltarlarını da orada qoyub gəldiyini deyirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG