Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:06

BMT Qırğızıstanı ‘qız qaçırmaq mədəniyyətinə’ görə ittiham edir


Qırğızıstan QHT-lərindən birinin maarifləndirmə plakatından
Qırğızıstan QHT-lərindən birinin maarifləndirmə plakatından

BMT-nin Qadınlara Qarşı Diskriminasiyanın Ləğvi Komitəsinin hesabatında Qırğızıstan “oğurlanma, zorlama və nikaha zorla məcbur etmə mədəniyyətinin” davam etməsinə yol verməklə insan haqlarının sistematik pozulmasında ittiham edilir.

Komitənin iki üzvü tərəfindən məxfi sorğu əsasında hazırlanmış bu hesabatın hazırlanması barədə qərar təşkilata 14 insan haqları təşkilatının şikayətindən sonra qəbul edilib. Bu şikayətlərdə deyilirdi ki, rəsmi Bişkək “gəlin qaçırılması” adlı praktikanın qarşısını almır və bu kimi qanunsuzluğu törədənlərin cəzalandırılmasını həyata keçirmir.

Sentyabrın 18-də açıqlanmış hesabatda deyililir ki, belə zorakılıqların qurbanları əsasən hüquqi məlumatsızlıqdan və rəsmilərin etinasızlığından öz haqlarını tələb edə bilmirlər.

Hesabatın həmmüəlliflərindən biri Lia Nadaria deyib: “Qızların və qadınların nikaha məcbur edilmək məqsədilə oğurlanması mədəniyyət ənənəsi ola bilməz və müntəzəm olaraq zorlanma ilə müşayiət olunan bu kimi əməlləri törədənlər mühakimə olunmalı və cəzalandırılmalıdırlar”.

BMT komitəsi Qırğızıstanı bu istiqamətdə öz qanunvericiliyini təkmilləşdirməyə, sözü gedən əməllərin qarşısını almağa və bu kimi cinayəti törədənləri cəzalandırmağa çağırıb.

Qırğızıstan bu sahədə gördüyü tədbirlər barədə 2019-cu ilin martına qədər BMT komitəsi qarşısında hesabat verməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG