Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:35

8 ayda nikaha girmək istəyən 105 nəfərdə QİÇS tapılıb


QİÇS virusu

2018-ci il yanvarın 1-dən avqustun 31-dək nikahdan öncə 93 min 138 nəfər tibbi müayinədən keçib.

Səhiyyə Nazirliyi Mətbuat Xidməti müayinədən keçənlərdə aşkar olunan xəstəliklərlə bağlı məlumatları açıqlayıb.

Nazirliyin məlumatına görə, 93 min 138 nəfərdən 2 min 773 nəfərdə talassemiya daşıyıcılığı aşkar olunub.

Nigahdan əvvəl 242 nəfərdə də sifilis xəstəliyi tapılıb. 8 ayda nigaha girmək istəyənlərdən 105 nəfərində isə HİV1/2 (QİÇS) xəstəliyinin qeydə alındıgı bildirilir.

Nazirlik 2015-ci ilin iyun ayından bəri 457 min 422 nikaha daxil olan şəxsin müayinədən keçdiyini qeyd edir. Onlardan 16 min 847 nəfərdə talassemiya, 1575 nəfərdə siflis, 387 nəfərdə isə HİV1/2 (QİÇS) aşkar edildiyi bildirilir.

QİÇS-Qazanılmış İmmun Çatışmazlığı Sindromudur.

HİV yaxud İİV –insanın immun çatışmazlığı virusudur. O, insanı müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir göstərir. QİÇS diaqnozu, adətən, İİV-ə yoluxandan bir neçə il sonra - insanda bir və ya bir neçə ciddi xəstəliklər yarandıqda qoyulur.

Bu ilin əvvəlində açıqlanıb ki, Azərbaycanda 1987-ci ildən (ilk dəfə infeksiyasının aşkar edildiyi vaxtdan-R) Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5831 nəfər rəsmi qeydiyyata alınıb.

Ekspertlər rəsmi qeydiyyatın tam reallığı əks etdirmədiyini düşünürlər.

Xatırlatma

2015-ci ildə Azərbaycanda Ailə Məcəlləsinə dəyişiklik edilib.

Həmin dəyişikliyə əsasən 2015-ci ilin iyunundan nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Nazirlər Kabineti nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarını da təsdiqləyib. Həmin qaydalarda tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib.

Tibbi müayinələrin Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət və bələdiyyə tibb müəssisəsində pulsuz həyata keçirildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG