Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

İtaliyada matəm günüdür, ölənlərin sayı 42 nəfərə çatıb


Italy - Relatives mourn near the coffins of some of the victims of the collapsed Morandi highway bridge
Italy - Relatives mourn near the coffins of some of the victims of the collapsed Morandi highway bridge

İtaliyada milli matəm günüdür.

Qenuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində ölənlərin sayı 42- nəfərə çatıb.

Hadisə yerində iş davam etdirilir.

Xilasedicilər şənbə günü dağıntıların altnda, içərisində 4 meyit olan daha bir avtomobil aşkar ediblər. Onlardan biri 9 yaşlı qızdır.

RAİ agentliyi daha bir meyit aşkar edildiyini xəbər verir.

Beləliklə faciə nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

Hakim dairələr ölü sayının artacağını istisna etmirlər.

Bu gün-avqustun 18-də şəhərdə ilk dəfn mərasimi keçirilir.

Dövlətin təşkil etdiyi mərasimdə 18 ailə iştirak edəcək.

Amma bəzi ailələr mərasimdə iştirakdan imtina ediblər. Onlar baş verən faciəyə görə məmurları və siyasətçiləri günahlandırırlar.Həmin ailələr ayrıca matəm mərasimi təşkil ediblər.

Ötən çərşənbə axşamı uçan bu körpü 1960cı ildə tikilmiuşdi.

Təxminən 45 metrlik hündürlükdən onlarla maşın düşüb. Körpünün keçdiyi ərazidə yerləşən tikililərə ziddi zərər dəyib, 500-dən çox adam evsiz qalıb.

XS
SM
MD
LG