Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:00

Musiqiçi imkansızlıqdan anasının məzarında dəfn olunub


Esmira Cəfərzadə
Esmira Cəfərzadə

►“Dedilər ki, yer tapılsa da, 4-5 min manatdan ucuz olmayacaq. Ölümü bizi qəfil yaxaladı. Hazırlığımız yox idi”

Zamanında populyar olan “Lalə” qızlar ansamblının üzvlərindən biri Esmira Cəfərzadənin həyatından çox, ölümü, daha doğrusu, dəfni mətbuatın az qala manşetinə çevrildi.

Martın 15-də gecə vəfat edən Esmira Cəfərzadə anasının məzarında dəfn edilib.

“Bizim Yol” qəzetinin yazdığına görə, yaxınlarının ona qəbiristanlıqda yer almağa imkanı çatmadığından bu yolu seçiblər.

Esmira Cəfərova
Esmira Cəfərova

Esmira Cəfərzadənin qohumu Kamran Ağayev AzadlıqRadiosuna bu məlumatı qismən təsdiqləyir, deyir ki, mərhumu Bakının Yasamal qəbiristanlığında dəfn etmək istəsələr də, yer olmayıb:

“Dedilər ki, yer tapılsa da, 4-5 min manatdan ucuz olmayacaq.

Ölümü bizi qəfil yaxaladı. Hazırlığımız yox idi”.

Ancaq sənətçinin başqa bir qohumu deyir ki, anasının məzarında dəfn olunmaq Esmira Cəfərzadənin öz arzusu idi.

Adının açıqlanmasını istəməyən qohumun sözlərinə görə, musiqiçinin yaxınları ilə ailə problemi olub, ona da vəsiyyət edib ki, anasının yanında dəfn edilsin:

“Anası, qardaşı, atasının məzarı Yasamal qəbiristanlığındadır.

Esmira da orda dəfn olunmağını istəyirdi, dedi, “məni anamın məzarında basdırın””.

“Həkimlər ona çalmağı qadağan etmişdi”

Müsahibimiz Esmira Cəfərzadənin maddi sıxıntı çəkdiyindən danışır. Deyir ki, məcbur qalıb toylara gedirdi:

“Həkimlər ona demişdilər ki, çalmasın, ürəyinə zərbə ola bilər. Amma məcbur idi, ev-eşik yox, dolanışıq yox. Çox kasıblamışdı. Kasıb adamdan da hamı qaçır, vaxtilə əl tutduğu adamlar ondan uzaqlaşmışdı. O isə bütün həyatını sənətinə qurban vermişdi. Çox möhkəm adam idi. Amma Mədəniyyət və Turizm Nazirliyinə yazdığı məktublara cavab verilmədiyindən bir gün oturub elə ağladı ki… Ona bu soyuq münasibət pis təsir edirdi, deyirdi ki, bütün ömrünü sənətə qurban verib, amma ona belə münasibət göstərirlər”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Reytinqi yoxdur”

Esmira Cəfərova
Esmira Cəfərova

Qohumu Kamran Ağayev də danışır ki, evi-eşiyi olmadığından Esmira Cəfərzadə onlarda, digər qohumlarının evində qalırmış:

“Xəstələnəndə televiziyaların birinə zəng elədim, dedilər ki, Esmira Cəfərzadənin indi reytinqi yoxdur, onu çəkə bilməzlər. Belə yanaşma məni şoka saldı. Bəlkə bu gün reytinqi yoxdur, amma o, Şərqin ilk nağarada solo ifaçısı idi”.

Kamran Ağayev deyir ki, ona əməkdar artist adını da çox görüblər və bu, Cəfərzadəni çox üzüb:

“Bundan sonra sənətdən əlini üzdü. Toylarda, restoranlarda çalmağa başladı. Sifariş də edirdilər, amma ona çox çalmaq olmazdı”.

Esmira Cəfərzadə ömrünün son illərində mətbuata verdiyi müsahibələrində uşaq yaşlarından musiqi ilə maraqlanmasından, çox gənc yaşından “Lalə” qızlar ansamblına qoşulmasından danışıb. Bibisi, əməkdar artist İzzət Məmmədova Azərbaycanda və Şərqdə ilk qadın nağara ifaçısı sayılır.

“Nağarası ortalıqda yoxdur”

Müsahibələrində Esmira Cəfərzadə fars dilini bildiyindən şərqşünas olmaq istədiyini, amma taleyin onu musiqiyə bağladığını vurğulayır. Onu da deyir ki, sonunda pulsuz-parasız, evsiz-eşiksiz qalıb. Sənətçi heç təqaüd də almırmış.

Kamran Ağayev AzadlıqRadiosuna müsahibəsində deyir ki, musiqiçinin, üstünə şəklinin qaşlarla işləndiyi nağarası ortalıqda yoxdur:

“Onun çaldığı alət muzey eksponatı olmalıdır. Yas mərasimi bitsin, çaldığı alətləri və bəzi şəxsi əşyalarını axtarıb tapacam. Bunlar muzeydə saxlanmalıdır”.

Buna da bax: Tofiq Yaqublu: "Dedim ki, imkan verin faciəmi yaşayım..."

T. Yaqublu: "Faciəmi yaşamaq üçün ayrıca otağa ehtiyacım vardı, amma...
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG