Keçid linkləri

2024, 24 İyul, çərşənbə, Bakı vaxtı 21:33

Qəbir yerlərinin bahalaşmasından şikayətlər var


Başdaşını başucalığı sayanlar üçün qadağa
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00

Başdaşını başucalığı sayanlar üçün qadağa

Paytaxt Bakı və ətraf yaşayış məskənlərindəki qəbiristanlıqlarda məzar yerlərinin bahalaşması ilə bağlı şikayətlər var.

Bakı sakini T.A. (ad və soyadının tam çəkilməsini istəmir) AzadlıqRadiosuna bildirib ki, ötən ilin sonunda qohumu vəfat edib.

"Qiymətini öyrənəndə şoka düşdüm"

Onun vurğulamasına görə, mərhumu torpağa tapşırmaq üçün Hövsan qəbiristanlığında məzar yerinin qiymətini öyrənəndə isə şoka düşüb: "Əvvəl bu qəbiristanlıqda məzar yerinin qiyməti 150-300 manat arası idi. İndi isə 750 manatdır. Yanbayan iki yer götürdük, 1 min 500 manat pul verdik".

Qiymətin niyə belə baha olduğunu soruşanda deyiblər ki, yer qıtlığı var: "Dedilər ki, koronavirus pandemiyası başlayandan sonra, demək olar ki, yer az qalıb".

Onun sözlərinə görə, ödənişə görə onlara heç bir qəbz verilməyib.

Oxşar şikayətlər başqalarının da dilindən eşidilir.

"Yer pulsuzdur"

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən "a bildirilib ki, ölən şəxslərin dəfni ilə bağlı dövlət rüsumu nəzərdə tutulub: "Yer pulsuzdur. Dövlət rüsumu isə xidmət üçün nəzərdə tutulub. Rüsum müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir. Qeyri-müsəlmanlar qəbirə tabut ilə qoyulduğu üçün qiymət belə təyin olunub".

Qurumdan qeyd olunub ki, qəbiristanlıqlar bələdiyyələrin nəzarətinə verilib: "Ona görə də yerlərin satılması ilə bağlı bir söz deyə bilmərik. Xəbərimiz yoxdur".

Nazirlər Kabinetinin qərarı…

2018-ci ildə Nazirlər Kabineti "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nı təsdiq edib. Həmin qərara əsasən, yerli icra hakimiyyəti orqanları qəbiristanlıqların müvafiq bələdiyyələrə üç ay müddətində təhvil verilməsini təmin etməli idi.

Hövsan bələdiyyəsindən isə "Turan"a bildirilib ki, Hövsanda şəhər qəbiristanlığı yoxdur: "Yəni qəsəbədə olan qəbiristanlığın idarəsi yoxdur. Camaat tərəfindən salınan qəbiristanlıqlar var. Qəbiristanlıqlar bələdiyyə tərəfindən, sadəcə, nəzarət olunur, yəni balans şəklində verilmir".

Rüsumdan əlavə pul tələb olunduğunu qurumdan təkzib ediblər: "Yerin qazılması, tikinti materialları rüsuma daxil deyil".

Hüquqşünas Sübhan Həsənli isə AzadlıqRadiosuna bildirib ki, qanuna görə, bələdiyyələr, ümumiyyətlə, vətəndaşlardan nağd şəkildə vəsait ala bilməz: "Qəbiristanlıqlar bələdiyyələrin balansına verilib. Bələdiyyələrə isə hər hansı ödəniş nağdsız, yəni onlayn ya da bank kartı vasitəsilə həyata keçirilməlidir. Belə olan halda ödəyən şəxs avtomatik olaraq elektron şəkildə qəbz alır".

Amma ölkədəki qəbiristanlıqların indiyə qədər heç də hamısının bələdiyyələrə verilmədiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG