Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:55

Qəbir daşlarını uçururlar


Oxşar hadisə bu ilin aprelində Şiyəkəran kənd qəbiristanlığında da olmuşdu.
Oxşar hadisə bu ilin aprelində Şiyəkəran kənd qəbiristanlığında da olmuşdu.

İmişli rayonu Qızılkənd kənd sakinlərinin dəfn olunduğu qəbiristanlıqda qəbir daşlarının sındırıldığı bildirilir.

«Report»un xəbərinə görə, səhər saatlarında yaxınlarının qəbirlərini ziyarətə gələn sakinlər bu xoşagəlməz mənzərənin şahidi olublar. Sakinlər qəbiristanlıq ərazisində bəzi məzar daşlarının sındırılaraq dağıdıldığını görüblər.

Kənd sakinlərinin bildirməsinə görə, birinci dəfədir ki, belə hadisə ilə rastlaşırlar.

Həmin kənd qəbiristanlığının Biləsuvar rayonu ərazisində yerləşdiyi bildirilir. Hadisəni hüquq-mühafizə orqanlarının araşdırdığı deyilir.

Oxşar hadisə bu ilin aprelində Astara rayonunun Şiyəkəran kənd qəbiristanlığında da baş vermişdi. Onda gecə saatlarında 20-yə yaxın başdaşı yararsız hala salınmışdı. Sındırılmış başdaşılar əsasən mərmərdən idi.

XS
SM
MD
LG