Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 08:00

Qəbələdə hərbi şəhərcikdəki ailələrin aqibəti qaranlıq qalıb


Qəbələ RLS-in fəaliyyətini dayandırmasından sonra rus hərbiçilərin yaşadıqları hərbi şəhərcik də boşalıb.

«Vaxtilə bizə verilmiş orderli evlərimizi əlimizdən alıb bizi küçəyə atırlar. Deyirlər, evlərimizi Daxili Qoşunların əsgərlərinə verəcəklər. Anladıq, versinlər, ancaq biz də bu ölkənin vətəndaşlarıyıq, bizi də daimi yaşayış yerləri ilə təmin etməlidilər axı...».

Bunu AzadlıqRadiosuna Qəbələdəki hərbi şəhərcikdə yaşayan Fatma Ağayeva deyir.

«HARA GEDƏK?»

Qəbələ RLS-in fəaliyyətini dayandırmasından sonra, əsasən, rus hərbiçilərin yaşadıqları hərbi şəhərcik də boşalıb. 2013-cü il martın 1-dən həmin evlər Qəbələ Rayon İcra Hakimiyyətinin tabeçiliyinə verilib. Hazırda bu binalardan birində - Muxtar Abdiyev küçəsi, 71 saylı binada yaşayanlar iddia edirlər ki, onları başqa yaşayış yeri ilə təmin etmədən evlərindən çıxarırlar.

F.Ağayeva deyir, buraya 1981-ci ildən müəllimə kimi tələbnamə ilə göndərilib və 71 saylı binada ona orderli mənzil verilib. İndi ondan 36 ildir yaşadığı mənzili boşaltması tələb olunur:

«Nəvələrimlə küçəyə atılıram. İşığı, suyu kəsiblər. Belə vasitələrdən istifadə etməklə bizə təzyiq göstərirlər ki, evlərimizi özümüz ataq gedək. Hara gedək? Deyirlər, evlərimiz Daxili Qoşunların əsgərlərinə verilib, anlayışla qarşılayırıq, o əsgərlər də bizim balalarımızdır, bizi qoruyurlar. Ancaq bizi də düşünsünlər, əvvəl bizi harasa yerləşdirsinlər, sonra bu işə qol qoysunlar. Mənim nəvələrim də gələcəyin əsgərləridir, onları niyə çölə atırlar ki?..».

***Buna da bax-Zarağanlılar: Ruslar gedib, boş evləri məmurlar zəbt edib

«HAMISINI BAŞIMIZA TÖKÜRLƏR»

Sakinlərin deməsinə görə, əslində, evlərin boşaldılması məsələsi bir ildir ki, gündəmdədir. Ancaq söküntü başlananda, necə deyərlər, «bıçaq sümüyə dirənib».

Burada yaşayanlar köçürülmədən binada söküntü işlərinə başlanılıb. Zemfira Məmmədova deyir, söküntü zamanı heç bir təhlükəsizlik qaydalarına əməl olunmur:

«Bilərəkdən daş-kəsəyi camaatın başına tökürlər ki, evlərini qoyub qaçsınlar. Uşaqlar iri şüşə qırıqlarının arasından gedib gəlir. Heç bir təhlükəsizlik qaydaları gözlənilmir. Yuxarıdan söküb atırlar aşağı, şüşə parçası, dəmir parçası, daş - kəsək... hamısını başımıza tökürlər».

Qurumdan sakinlərə rəsmən bildirilib ki, evlər hərbçilərə verilib. Ancaq rəsmi məktubda hazırda burada yaşayanların aqibəti ilə bağlı heç bir qeyd yoxdur. Daha doğrusu, onların ilkin mərhələdə elə şəhərcikdəki başqa evlərə müvəqqəti yerləşdiriləcəyi bildirilib. Həmin evlər xüsusi təyinatlı xidməti evlər olduğundan, sakinlər bir müddət sonra oradan da çıxarılacaq. Bundan sonrası necə olacaq, bilinmir.

***Buna da bax-Qəbələ sakini: 'Sözüm Kəmaləddin Heydərovadır...'

NAZİRLƏ DƏ GÖRÜŞƏ BİLMƏYİBLƏR

Sakinlər deyir, vaxtilə onlara ayrılmış pay torpaqları da məmurlar tərəfindən satılıb. Bir sözlə, hazırda onlarla ailə havada qalıb.

Şikayətçilər dəfələrlə prezidentə və Birinci vitse-prezidentə müraciət etsələr də, məktubları araşdırılması üçün Qəbələ Rayon İcra Hakimiyyətinə göndərilir. Hər dəfə də bu qurumdan onlara eyni məzmunlu cavab məktubu göndərilir.

Bu il avqustun 26-da sakinlər Şəkidə vətəndaşların qəbulunu keçirən daxili işlər naziri ilə görüşmək üçün oraya yollanıblar. Ancaq demələrinə görə, onların nazirlə görüşməsinə əngəllər yaradılıb və dərdlərini nazirə çatdıra bilməyiblər.

Qəbələ Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, hərbi şəhərcikdəki bir neçə ailə başqa yerə köçürüləcək:

«Nazirlər Kabinetinin müvafiq qərarı ilə hərbi şəhərcikdəki evlər hərbçilərə verilib. Bununla əlaqədar olaraq, mülki vətəndaşlar şəhərcikdən köçürüləcək».

Qurumdan məsələyə geniş münasibət bildirilməyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG