Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Qazaxıstanda keçirilən mitinqdə onlarla adam saxlanılıb-VİDEO


Qazaxıstan, Nur-Sultan, 21 sentyabr 2019
Qazaxıstan, Nur-Sultan, 21 sentyabr 2019

70-dən çox saxlanan var

Sentyabrın 21-də Qazaxıstanda keçirilən mitinqdə onlarla adam saxlanılıb. Onların arasında təsadüfən həmin ərazidən keçənlər, yaşlı adamlar və uşaqlar da var. Daxili İşlər nazirliyinin yaydığı son məlumatda Nur-Sultan və Almatı şəhərlərindəki hakimiyyətlə razılaşdırılmamış aksiya zamanı 57 nəfər saxlanılıb. AzadlıqRadiosunun müxbirləri daha 20 nəfərin Qazaxıstaın Çimkend şəhərində saxlandığını bildirirlər. Mitinq zamanı jurnalistlərin fəaliyyətinə polislər tərəfindən maneələrin olduğu barədə məlumatlar da var.

Qazaxıstan, Almatı şəhəri, 21 sentyabr 2019
Qazaxıstan, Almatı şəhəri, 21 sentyabr 2019

Nur-Sultan, Almatı və Çimkenddə Çinə məxsus 55 zavodun tikintisinə, o cümlədən Çinlə iqtisadi əlaqələrin genişlənməsinə və həmçinin ölkədə siyasi siyasi sistemin liberallaşması uğrunda mitinq keçirilir. AzadlıqRadiosu və Nastoyashcheye Vremya müxbirlərinin məlumatlarına görə, bütün ölkə üzrə onlarla adam saxlanılıb.

AzadlıqRadiosunun müxbirləri xəbər verir ki, polislər bir neçə qadını mikroavtobuslara mindirərək aparıblar. Hansı ki, həmin yaşlı qadınlar əraziyə sadəcə "sadəcə baxmaq üçün" gəldiklərini deyiblər. Ümumilikdə Almatıda 20 nəfərə yaxın adamın saxlandığı deyilir. .

Bölgələrdə vəziyyət

Aktau, 21 sentyabr 2019
Aktau, 21 sentyabr 2019

Jurnalistlər bildirirlər ki, Aktauda sentyabrın 21-i gecədən polis mərkəzi küçələrdə hərəkəti məhdudlaşdırıb. Axşama yaxın yollların açıldığı və bu şəhərdə saxlananların olmadığı xəbər verilir.

Qazaxıstan müxalifətinin mitinqinin qarşısı alınarkən, 21 sentyabr 2019
Qazaxıstan müxalifətinin mitinqinin qarşısı alınarkən, 21 sentyabr 2019
Almatıda keçirilən aksiya zamanı polis adamları saxlayıb maşınlara mindirir
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG