Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:15

Qazaxıstanda neft yatağındakı yanğını söndürə bilmirlər (VIDEO)


Kalamkas yatağında yanğın ikici sutkadır ki, davam edir

Qazaxıstanda Kalamkas neft yatağında yanğının bir sutkadan artıqdır ki, davam etdiyi xəbər verilir.

Bu yataq ölkənin qərbindəki Mangistau vilayətində yerləşir və 1996-cı ildən bəri Qazaxıstanın KazMunayQaz dövlət neft-qaz şirkəti və Çinin CNPC dövlət konserni tərəfindən inkişaf etdirilir.

Qazaxıstan DİN fövqəladə vəziyyətlər komitəsinin başçısı Vladimir Bekkerin dediyinə görə “bu yanğın böyük texnogen fəlakət deyil, çünki burada neftin yanması baş vermir, habelə ölüm halları qeydə alınmayıb”.

Energetika nazirinin müavini Sabit Nurlıbay öz növbəsində bildirib ki, bu yatağa ən yaxın yaşayış məntəqəsi 70 kilometr aralıda yerləşir və ətraf mühitə nəzrəçarpacaq ziyan dəyməyib.

Xəbər verilir ki, martın 13-də Kalamkasda artıq bir fövqəladə vəziyyət yaranmışdı.

Orada quyulardan birindən qaz və su qarışığının sızması baş vermişdi. Neftçilər qazın torpaq səthinə qeyri-ixtiyari çıxdığı yerləri “qrifon” adlandırırlar.

Sonradan martın 24-dək bu qrifonlardan bir çoxu ləğv edilmişdi. Lakin onlardan güclü təzyiq altında olan birində martın 25-də yanğın başlanıb.

Energetika nazirinin müavini Bolat Akchulakovun dediyinə görə yanğın başlananda bu quyu qazma altında idi.

Lakin yanğını bugünədək söndürmək mümkün olmayıb. Bekker bildirib ki, yanğın yerinə Atıraudan əlavə texnika göndəriləcək.

Mangistau vilayəti təbiəti mühafizə prokurorluğunun baş prokuror əvəzi Malik Ospanov deyib ki, yanğınla əlaqədar cinayət işinə başlanıb, beləki şirkət rəhbərliyi qəza barədə məlumat verməyib.

Prokuror deyib ki, o, hadisədən kütləvi informasiya vasitələrindən xəbər tutub.

XS
SM
MD
LG