Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:18

Qazaxıstan və Rusiya arasında Qarabağ və Suriyaya görə ixtilaf var


Rusiya prezidenti Vladimir Putin (solda) və Qazaxıstan lideri Nursultan Nazarbayev 2012-ci il KTMT dövlət başçılarının Moskva sammitində
Rusiya prezidenti Vladimir Putin (solda) və Qazaxıstan lideri Nursultan Nazarbayev 2012-ci il KTMT dövlət başçılarının Moskva sammitində

İyunun 22-də Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin başçısı Vladimir Şamanov bəyan etmişdi ki, Rusiyanın hərbi rəsmiləri Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə bu iki ölkənin qoşun kontingentlərindən Suriyada sülhyaradıcı qüvvə kimi istifadə olunması məsələsini müzakirə edirlər.

AzadlıqRadiosunun saytında Oksford Universiteti, Müqəddəs Antony Kollecinin professoru Samuel Ramani yazır ki, Rusiya və Türkiyə rəsmilərinin Qazaxıstanın Suriyaya qoşun göndərməyə razılıq verəcəyinə ehtiyatlı bir ümidləri olsa da, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov elə iyunun 23-də öz ölkəsinin “heç kəslə Suriyaya hərbi kontingent göndərmək məsələsini müzakirə etmədiyini” bildirmişdi.

Lakin Qırğızıstanın Suriyaya hərbi kontingent göndərməyə hazır olduğu bildirilir.

Beləliklə, Qazaxıstanın belə sərt təkzibi Astana ilə Moskva arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mandatı məsələsində ciddi fikir ixtilafının olduğunu nümayiş etdirir.

Rusiya son zamanlar KTMT-ni müdaxiləçi missiyalara itələməklə bu təşkilatın beynəlxalq sülhyaradıcı qüvvə kimi legitimləşdirilməsinə çalışır. Qazaxıstan isə bu barədə Moskvaya həmişə aydın mesajlar verib. Astananın mövqeyi belədir ki, KTMT Dağlıq Qarabağ və Suriya kimi münaqişələrə müdaxilədən çəkinməlidir.

Qazaxıstanın belə siyasət yürütməsinə iki səbəb var. Əvvəla ölkə daxilində Suriya münaqişəsinə müdaxiləyə geniş müqavimət var. İkincisi isə budur ki, Nazarbayev Moskva ilə normal münasibətlərə malik olmaqla yanaşı, Rusiyadan tam müstəqil xarici siyasət yürüməyə can atır.

Ramani yazır ki, Qazaxıstan qoşunlarının Suriyaya yeridilməsi təklifinə azı üç mənbədən etiraz gələ bilər. Bunlar ölkə parlamenti, müharibə veteranları qrupları və ölkənin sünni dini liderləridir.

Nazarbayev Putinin münaqişələrinə şərik çıxmaq istəmir

Mərkəzi Asiya üzrə aparıcı ekspert Uran Botobekov Jamestown Foundation fondunun hesabatında yazıb ki, hətta Nazarbayev Rusiyanın tələblərinə baş əymək istəsə belə, ölkə parlamenti bu məsələdə dirəniş göstərəcək. Hərçənd parlament çoxluğuna malik partiya elə Nazarbayevin Nur Otan təşkilatıdır.

Bu partiya ötən il Qazaxıstanda torpaq islahatı ilə bağlı geniş anti-Çin etirazlarının keçirildiyini hələ unutmayıb və öz hakim vəziyyətini risk altında qoymaq istəmir.

Suriyadakı müdaxilə missiyasında iştiraka Əfqanıstan müharibəsinin veteranları da ciddi etiraz edə bilərlər. Bu veteranlar 2011-ci ildə Qazaxıstanın Əfqanıstandakı NATO missiyasında iştirakına da etiraz etmişdilər.

Qazaxıstanın Əfqanıstan veteranları
Qazaxıstanın Əfqanıstan veteranları

O vaxt müharibə veteranlarını təmsil edən İctimai Təşkilatların Koordinasiyası Şurası bildirmişdi ki, Əfqanıstana müdaxilə Qazaxıstan vətəndaşlarının həyatını lüzumsuz təhlükəyə salmaqdan başqa, həm də ölkənin müsəlman icmasının narahatlığına səbəb ola bilər.

Ramani yazır ki, Qazaxıstanın sünni islamçı təşkilatlarınlın Suriyaya hərbi müdaxilənin əleyhinə olması son dərəcə əhəmiyyətli məsələdir.

Rusiya ilə belə bir hərbi əməkdaşlıq Qazaxıstanı avtomatik olaraq şiə-ələvi Assad rejimi ilə müttəfiq edərdi, halbuki Qazaxıstanın cənubunda Marat Maulenov kimi ekstremist sünnilər qazaxları anti-Assad qüvvələrinə qoşulmağa çağırırlar.

Başqa sözlərlə Qazaxıstanın Suriyaya göndərdiyi kontingent bu ölkədəki sünni qiyamçıların sıralarında döyüşən soydaşları ilə birbaşa toqquşa bilərdi.

Qazaxıstan Azərbaycan-Ermənsitan münaqişəsində Bakını seçib

ın müttəfiqi kimi Qazaxıstan KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə hər hansı şəkildə müdaxiləsinə qarşı çıxış edir.

İyulun 14-də Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev bu barədə açıq bəyanat verib.

Qazaxıstanın müqaviməti Rusiyanın KTMT-ni Ermənistanın müdafiəsinə çəkmək planlarını alt-üst edir.

Qazaxıstanın KTMT-nin Dağlıq Qarabağ münaqişəsində Ermənistanın müdafiəsi möqveyini tutmasına qarşı olması həm də Astananın Türk Şurasına üzv olması ilə bağlıdır. Bu təşkilata Azərbaycan da üzvdür.

Rusiyanın rəhbərliyi altında Suriya danışıqları Astanada keçirilir
Rusiyanın rəhbərliyi altında Suriya danışıqları Astanada keçirilir

Erməni jurnalist Areq Qalustyan mart ayında yazırdı ki, Qazaxıstan Avrasiya İqtisadi İttifaqında Azərbaycanın maraqlarına ciddi lobbiçilik dəstəyi verir.

Astana Moskvanı Avrasiya Hökumətlərarası Şurasının qərargahını Ermənistandan Rusiyaya köçürmək zərurətinə inandıra bilib.

Ramani yazır ki, Nazarbayevin 2016-cı ildə Ermənistana səfərini ləğv etməsi də Astananın Bakı ilə həmrəyliyinin göstəricisi olub. Bunun rəsmi səbəbi Nazarbayevin xəstəliyi olaraq göstərilsə də, o vaxt Qazaxıstan politoloqlarından Aydos Sarım Reuters agentliyinə bildirmişdi ki, əsas səbəb Qazaxıstan prezidentinin ermənistanlı həmkarı ilə görüşmək istəməməsi olub.

Bununla belə, Nazarbayev Suriya məsələsində Rusiya ilə heç olmasa müəyyən həmrəylik göstərməyə nail olub.

Rusiya, İran, Türkiyə və Suriya müxalifətinin iştirakı ilə Rusiyanın rəhbərliyi altında sülh danışıqları Qazaxıstan paytaxtında keçirilir.

Lakin elə bunun özü də Qazaxıstanın müstəqil xarici siyasət yürütdüyünün göstəricisi sayıla bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG