Keçid linkləri

2026, 22 İyul, çərşənbə, Bakı vaxtı 12:35

Qazaxıstan və Özbəkistan sərhəd çaylarında sayğaclar quraşdıracaqlar

Sırdərya çayı
Sırdərya çayı

Qazaxıstan Özbəkistanla sərhəd çaylarında onların hər ikisinin istehlak etdiyi suyun dəqiq həcmini hesablamağa imkan verən sayğacların quraşdırılmasına razılaşıb.

Bu barədə Qazaxıstanın Su Təsərrüfatı və İrriqasiya Nazirliyi məlumat verir.

Qazaxıstan sayğacları Özbəkistan, Özbəkistan tərəfi isə Qazaxıstan ərazisində quraşdıracaq. Tərəflər həmçinin onlayn məlumat mübadiləsi aparacaqlar.

Bildirilir ki, əldə olunan razılaşma coğrafi baxımdan çayların mənbələrinə çıxışı az olan ölkələrin maraqları baxımından mühümdür.

İndi hər iki ölkənin mütəxəssisləri su sayğaclarının harada quraşdırılacağına qərar verirlər. Onların bu layihəyə cəlb olunması üçün beynəlxalq təşkilatlarla da danışıqlar apardığı vurğulanır.

"Sayğacların quraşdırılması hər iki ölkənin istehlak etdiyi suyun həcmini onlayn rejimdə izləməyə imkan verəcək. Artıq aprel ayında biz digər qonşularımızla da oxşar layihələrin həyata keçirilməsi ilə bağlı danışıqlara başlamağı planlaşdırırıq", - su ehtiyatları və irriqasiya naziri Nurjan Nurjiqitov bildirib.

AzadlıqRadiosunun özbək redaksiyasının məlumatına görə, əvvəllər Özbəkistanla Tacikistan sərhədində Şimal, Böyük Fərqanə kanalları boyunca "Patar" və "Sarvak" transsərhəd ölçmə stansiyaları quraşdırılıb Bu da suvarma üçün su sərfiyyatını daha dəqiq ölçməyə imkan verməlidir.

2023-cü ildə Qazaxıstan Özbəkistan və Qırğızıstanla Sırdərya çayı hövzəsində su, enerji resurslarından istifadəyə dair sazişi dəyişmək niyyətində olduğunu açıqlayıb. Qazaxıstan tərəfi Özbəkistandan gələn çirkləndiricilər səbəbindən çayın ekoloji vəziyyətinin pozulduğunu qeyd edib.

XS
SM
MD
LG