Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Prokuror Qazaxıstanın keçmiş nazirinə 12 il istədi


Quandıq Bişimbayev məhkəmədə
Quandıq Bişimbayev məhkəmədə

Qazaxıstanda prokuror Astana məhkəməsindən ölkənin keçmiş iqtisadiyyat naziri Quandıq Bişimbayevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bişimbayev rüşvət və mənimsəmədə ittiham olunur.

Fevralın 19-da prokuror habelə Bişimbayevin mülkiyyətinin müsadirə olunmasını və onun hər hansı dövlət postunu tutmasına ömürlük qadağan qoyulmasını istəyib.

37 yaşlı Bişimbayev 2017-ci ilin yanvarında Qazaxıstan Antikorrupsiya Xidməti tərəfindən həbs edilib. Bundan bir neçə həftə əvvəl prezident Nursultan Nazarbayev onu vəzifəsindən kənarlaşdırmışdı.

Nazarbayev tərəfindən dəstəklənən təhsil proqramının yetişdirməsi olan Bişimbayev karyera nərdivanı ilə çox qısa müddətdə yüksəlmiş, sənaye və ticarət nazirinin, daha sonra dövlət ehtiyat fondu sədrinin müavini vəzifələrində çalışmış, 2016-cı ilin mayında iqtisadiyyat naziri təyin edilmişdi.

Bişimbayev Bayterek dövlət holdinqinin başçısı olduğu vaxtlarda rüşvətlər almaqda ittiham edilir.

O oktyabrda keçirilən ilkin məhkəmə dinləməsində təqsirsizliyini bəyan edib. Onunla birlikdə müttəhim olanlar təqsirlərini etiraf etmiş və prokurorlarla əməkdaşlığa daxil olmuşdular.

Hakimiyyət orqanları bildirirlər ki, Bişimbayev özünün susmaq hüququndan istifadə edib və başqa 22 nəfərlə birlikdə həbs olunandan bəri müstəntiqlərə ifadə verməyib.

Noyabr ayında məhkəməsi başlanandan bəri ilk dəfə olaraq yanvarın 8-də ifadə verən Bişimbayev Nazarbayevdən və ölkədən üzrxahlıq edib, lakin bir daha təqsirsiz olduğunu bildirib.

Son illərdə Qazaxıstanda bir sıra yüksək vəzifəli rəsmilər korrupsiya ittihamları ilə uzunmüddətli həbsxana cəzalarına məhkum ediliblər.

Məhkəmələrdə onların bir çoxu prezidentdən üzr istəyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG