Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:27

AzadlıqRadiosu Qazaxıstan xidmətinin çəkiliş qrupuna hücum edilib


Almatıda insan haqları bürosunun ofisində jurnalistə hucum, 22 iyul, 2019
Almatıda insan haqları bürosunun ofisində jurnalistə hucum, 22 iyul, 2019

AzadlıqRadiosu Qazaxıstan xidmətinin çəkiliş qrupuna Almatıda hücum edilib.

AzadlıqRadiosunun qazax xidmətinin iyulun 21-də vediyi məlumata görə,5 nəfər naməlum qadın Qazaxıstan insan haqları bürosunun yerləşdiyi binada jurnalist Nurqul Tapaeva və kameraçı Tokmolda Kusainova hücum çəkiblər.

Onlar reportyoru vurmağa başlayıb, kameraçıya hcum çəkiblər.

İnsident zamanı kameraya zərər dəyib.

Hücumun motivi hələlik bəlli deyil.

Həmin vaxt binada, bu yaxınlarda-iyulun 4-də həbs edilmiş çoxuşaqlı ana Oksana Shevçuk və tək analar Qulzipa Caukerova ilə Jaziri Demeyovanın müdafiəsi məqsədilə mətbuat konfransı keçiriməli imiş.

Həmin qadınlar ölkədə qadağan edilmiş “Qazaxıstanın Demokratik Seçimi” hərəkatı ilə bağlılıqda şübhəli bilinirlər.

Bu hərəkatı , 2009-cu ildən xaricdə yaşayan və hökumətin tənqidçisi kimi tanınan Mukhtar Ablyazov yaradıb.

İnsan haqları bürosunun əməkdaşı Sergei Duvanovun sözlərinə görə 20-ə yaxın qadın tədbirin başlamasına 20 dəqiqə qalmış ofisə gələrək tədbiri pozublar, çəkiliş aparmağa imkan verməyiblər.

AzadlıqRadiosunun qazax xidməti müvafiq qurumlara ərizə ilə müraciət edib.

Hücum edən qadınlar aradan çıxıblar.

Şahidlərin sözlərinə görə, polis onlardan birini saxlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG