Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Qərb mediası Qazaxıstanda 1980-ci illərin etirazlarını yada salır


Almatı, 6 yanvar, 2022-ci il
Almatı, 6 yanvar, 2022-ci il

Ərazisi Qərbi Avropa boyda olan Qazaxıstanda orta aylıq maaş 600 dollara yaxındır, korrupsiya geniş yayılıb

Qazaxıstanda 30 illik müstəqillik dövrünün ən pis küçə etirazları baş verib. “The Associated Press” sabitsizliyin pozulmasının ölkənin iki nüfuzlu qonşusu – Rusiya və Çin üçün ciddi narahatlıq mənbəyi olduğunu yazır. Ölkə neftinin böyük hissəsini Çinə satır, Moskva üçünsə strateji müttəfiqdir.

İlkin etirazlara Qərb regionunda maye qazın bahalanması səbəb olub. Bundan sonra digər şəhərlərdə onminlərlə insan küçələrə çıxaraq avtoritar hökumətə narazılığını bildirib.

Artıq Prezident Kasım Jomart Tokayevin müraciəti əsasında ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri, o cümlədən Rusiya desantçıları göndərilib.

Ərazisi Qərbi Avropa boyda olan Qazaxıstanda orta aylıq maaş 600 dollara yaxındır, korrupsiya geniş yayılıb.

Etirazlar nəylə nəticələnə bilər

Agentlik Qazaxıstanda tənqidi fikirlərin boğulmasının bir normaya çevrildiyini yazır. Ona görə də bu dəfə etirazlara 10 mindən çox insanın çıxmasına baxmayaraq ölkədə etiraz hərəkatı lideri yoxdur.

Tokayev yanvarın 5-də keçmiş prezident Nursultan Nazarbayevi təhlükəsizlik şurası rəhbərliyindən uzaqlaşdırdığını bəyan edib. Elə etitrazçıların qəzəbi daha çox Nazarbayevə yönəlmişdi, Tokayevə deyil.

Tokayev KTMT-yə müraciətini xarici müdaxilə, etirazçıların beynəlxalq terror qruplarının təsiri altında olmasıyla izah edib.

Agentlik Qazaxıstanda belə miqyasda nümayişin olmadığını yazır. Tokayev çərşənbə günü xalqa müraciətlərindən birində islahatlar vəd edib, siyasi liberallaşmaya eyham vurub. Amma günün sonuna yaxın daha repressiv yol seçdiyi bəlli oldu.

“İndiyədək küçə etirazlarının fokusu bəlli olmadığından onların necə bitəcəyini demək çətindir. Ancaq hətta əgər hökuməti devirə bilməsələr belə, dərin transformasiya ilə nəticələnəcəyi mümkündür. Aydın olmayan isə bunun necə ola biləcəyidir”, – agentlik qeyd edir.

Putinin çıxaracağı dərs

“The Washington Post” Qazaxıstanda etirazların Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləməyə başlamasından bir neçə həftə sonra baş verməsinə diqqət çəkir. ABŞ və Rusiya rəsmiləri yanvarın 9-10-da Cenevrədə danışıqlar aparmalıdırlar.

Kremlpərəst media etirazları Qərbin Moskva və müttəfiqlərinə qarşı daha geniş kampaniyasının tərkib hissəsi kimi qələmə verir. Ağ evin sözçüsü Jen Psaki isə deyilənləri “Rusiyanın səfeh iddiaları”, “Rusiyanın standart dezinformasiya qaydalarının bir hissəsi” adlandırıb.

Qəzet Nazarbayevin “taxtdan salınmasının” Rusiya Prezidenti Vladimir Putinə daha çox təsiri ola biləcəyini qeyd edir. Yaşca Rusiya liderindən böyük olmasına baxmayaraq, Nazarbayev özündə keçmiş Sovet İttifaqının tarixini gəzdirir, onillərlə hakimiyyətdən əl çəkməyib.

Biden:Rusiya qonşusuna hücum etsə görünməmiş sanksiyalarla üzləşə bilər
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

“Putinin prezidentlik müddəti 2024-cü ildə başa çatır. O, yenə də prezidentliyə namizədliyini verə bilər, amma apardığı bir sıra islahatlar onun vəzifədən gedəcəyi, ölkəni Nazarbayev kimi idarə edəcəyi ilə bağlı spekulyasiya yaradıb. Tarixi yaxşı bilən Rusiya prezidenti Qazaxıstanda baş verənlərin daha öncə də Moskvanın planlarını alt-üst etdiyini unutmaz. 1980-ci illərin sonunda Nazarbayevin hakimiyyətə gəlməsi ilə sonuclanan etirazlar həm də Sovet İttifaqının sonunun başlanğıcı oldu”, – məqalədə deyilir.

Bu etirazlar Kreml üçün xəbərdarlıq siqnalıdır. Bunu isə Moskvada Orta Asiya üzrə ekspert Arkadi Dubnov “The New York Times” qəzetinə deyib. O, Qazaxıstan hökumətini “Rusiyanın kiçik maketi” hesab edir.

“Şübhəsiz ki, Kreml belə bir rejimin müxalifətlə danışıqlara getməsini, onların tələbləri ilə razılaşmasını istəməz”, – Dubnov əlavə edir.

XS
SM
MD
LG