Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:33

Keçmiş baş nazirin tərəfdarları yolu bağladılar- [Video]


►"Biz ədalət tələb edirik"​

Astanada korrupsiya ittihamı ilə 10 illik həbs cəzasına məhkum edilmiş keçmiş baş nazir Serik Axmetovun azad edilməsini tələb edən fəallar mərkəzi magistral yolu bağlamaqla nəqliyyatın hərəkətini iflic ediblər. .

Yerli KİV-lərin verdiyi xəbərə görə, icazəsiz etiraz aksiyasında otuza qədər adam iştirak edib. Serik Axmetovun azad edilməsini tələb edən etirazçıların əlində "Biz ədalət tələb edirik" şüarı olub.

Polis aksiya iştirakçılarını saxlayıb. Astana daxili işlər departamentindən bildiriblər ki, onlar inzibati məsuliyyətə cəlb ediləcəklər.

Axmetovun vəkili Nokolay Lesnik bildirib ki, Astanada keçirilən aksiya barədə məlumatı yoxdur.

2012-ci ilin sentyabrından bəri Qazaxıstanın baş naziri, 2014-cü ilin aprel ayındansa Müdafiə naziri olmuş Serik Axmetov 2015-ci ilin dekabrında həbs olunaraq korrupsiya, irimiqyaslı yeyinti, rüşvətxorluq və hakimiyyətdən sui-istifadə ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib. Onun dövlətə 3,5 milyon dollar ziyan vurduğu iddia olunur.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Bəzi ekspertlər keçmiş məmurun mühakimə olunmasının "şəxsi xarakter" daşıdığı fikrini irəli sürürlər.

Axmetov məhkəmədə özünün son sözündə ölkə prezidenti Nursultan Nazarbayevdən üzr istəyib. "Mən onun etimadını doğrultmadım" deyən Axmetov Nazarbayevi özünün "müəllimi" və "rəhbəri" adlandırıb.

XS
SM
MD
LG