Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 08:11

Qazaxda xatirə bulaqları quruyub


Bulaq
Bulaq

-

Qazax rayonunda Qarabağ uğrunda döyüşlərdə həlak olan insanların xatirəsinə ucaldan abidələr indi ürəkaçan vəziyyətdə deyil. Onlardan bəziləri baxımsızlıqdan dağılmaq üzrədir.

Müharibədə həlak olan bəzi insanların xatirəsinə bulaqlar da salınıb. Həmin bulaqlardan çoxunun artıq suyu quruyub. Bəzi abidələrin yaxınlığına isə zibilqabı qoyulmadığından ətraf tullantılarla doludur.

Üstəlik, abidələrin üzərində mərhumların adları silinmək üzrədir, bəzilərini artıq oxumaq mümkün deyil.

Milli qəhrəman Şamoy Çobanovun, Qaratel Hacımahmudovanın və Nizami Quliyevin abidələrində vəziyyət təqribən oxşardır.

Milli qəhrəman Şamoy Çobanovun qohumları da bu vəziyyətdən narazıdırlar. Qohumları deyir ki, Şamoyun xatirəsinə salınan bulaqdan su içənlər onun ruhuna həmişə dua oxuyublar. İndi suyun pulunu dövlətə ödəməyə hazırdırlar. Təki, bulağa su verilsin.

XS
SM
MD
LG