Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:46

Qazaxda 'zorla gözəllik' [Fotolar]


Qazaxda iməcilik
Qazaxda iməcilik

Qazax rayonunda hər həftənin şənbə və bazar günləri iməcilik tədbirləri keçirilir.

Rayon mərkəzindəki küçələrdə abadlıq işlərini, əsasən, dövlət idarələrinin işçilərinin gördükləri bildirilir.

AzadlıqRadiosuna adlarının və iş yerlərinin göstərilməsini istəməyən şəxslər deyiblər ki, bununla da hər həftə istirahət hüquqları pozulur. Məcburi qaydada təmizlik işlərinə cəlb edilirlər.

Adının çəkilməsini istəməyən vətəndaşlardan biri şikayətini belə çatdırır:
«Şənbə və bazar günləri istirahət edə bilmirik. Bizi aparıb səhərdən axşama qədər kənar işlərdə işlədirlər, adını da qoyurlar iməcilik. Hər idarənin də öz sahəsi var. Kimi yolların qırağını süpürür, kiminə tikan yoldururlar. Bu istidə heç kasıb itini çölə buraxmaz, amma biz küçə süpürürük».

Buna da bax - Naxçıvanda elm adamları nədən küçə süpürür?

Rayon rəhbərliyindən isə şikayətləri əsaslı saymırlar. Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev deyir ki, şəhərin abadlığına çalışmaq normal işdir. Ancaq, onun deməsinə görə, iməcilik könüllü həyata keçirilir.

«Biz heç bir zaman işçiləri məcburi şəkildə işlətmirik. Biz torpağı, xalqı sevən insanlarıq. Əgər hansısa bir şəxs öz çalışdığı idarənin, yaşadığı rayonun ərazisində təmizlik işi görürsə, burada qəbahət yoxdur. Bu, bütün rayonlarımızda belədir. Bu, insanların öz istəyidir. Bu iş səmimi şəkildə görülür, heç kəs də məcbur edilmir»,-deyə müavin qeyd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG