Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:18

Qazax rayonunun sakini yaralanıb


Bu gün, iyunun 15-də Qazax rayonunda gənc qadının Ermənistan tərəfdən atılan atəş nəticəsində yaralandığı bildirilir.

Report agentliyinin yerli bürosunun xəbərinə görə, rayonun Quşçu Ayrım kənd sakini, 28 yaşlı Gulanə Afiq qızı Ağamalıyevanı yaxınları Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdiriblər.

İlkin məlumatlara görə, hadisə Ağamalıyeva heyvanları gətirmək məqsədilə həyətdən çıxıb gedən zaman baş verib. Onun sol ayaq pəncəsindən yaralandığı açıqlanıb.

Ancaq bu deyilənlərə, hələlik, Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Quşçu Ayrım kəndi Ermənistanla sərhəddə yerləşir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan qoşunları üz-üzə dayanıb.

Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qazax rayonun bəzi kəndləri də işğal altındadır.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər. Bəzən cəbhə xəttindən, atəşkəsin pozulması nəticəsində ölüm və xəsarət alanlarla da bağlı məlumatlar gəlir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG