Keçid linkləri

2024, 22 May, çərşənbə, Bakı vaxtı 20:38

Qazax pulu kəllə-mayallaq gedir


Tenge manat və dollara nisbətdə. Karikatura
Tenge manat və dollara nisbətdə. Karikatura

►Yaydan bəri tenge təxminən 2 dəfə ucuzlaşıb

Neft qiymətlərinin enməsi və rus rublunun zəifləməsi Qazaxıstanın milli valyutasını bir az da laxlatdı.

Ötən cümə günü tenge ABŞ dollarına nisbətən daha da ucuzlaşdı.

Tengenin orta məzənnəsi Qazaxstan Birjasında record həddə enərək bir dollara 342,49 tenge olub. Bundan əvvəlki məzənnə bir dollara 337,80 dollar idi.

Qazax bazarları müstəqillik günü ilə əlaqəədar olaraq dekabrın 16-17-də bağlı olub və cümə günü ABŞ-da Mərkəzi Bankın uçot dərəcələrini qaldırmasından sonra ilk dəfə açılıb.

Qazaxstanın mərkəzi bankı bildirib ki, onlar xarici mübadilə bazarında iştirak etsələr də, fundamental amillərin qarşısını almayıblar. Mərkəzi bank bildirib ki, tengenin zəifliyii ilk növbədə bu ay Brent markalı neftin qiymətinin 15 faiz düşməsi ilə bağlıdır.

Buna da bax: Manat sərbəst buraxıldı/ 1 dollar 1.55 manat oldu

Brent markalı xam neftin qiyməti bir həftə içində üçüncü dəfə enərək 37 dollara çatıb.

Yayda tengenin 1 ABŞ dollarına nisbətdə məzənnəsi 188 idi.

"Banka $100 min borcum var, evimiz yıxıldı"
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG