Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:35

Rusiya İŞİD-in qazax komandanının öldürüldüyünü deyir


Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov

Rusiya iddia edir ki, İslam Dövləti ekstremist qruplaşmasının qüvvələrində mühüm vəzifə tutan milliyyətcə qazax komandan məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov oktyabrın 3-də Moskvada jurnalistlərə deyib ki, özünün Abu Islam al-Qazaqi döyüş adı ilə tanınan İŞİD döyüşçüsü 48 saat əvvəl Suriyada Rusiya aviasiyasının endirdiyi raket zərbələri nəticəsində öldürülmüş 7 cihadçının arasında olub.

Konaşenkov deyib ki, Fərat çayının şərq sahilinə endirilən hava zərbələri nəticəsində 304 döyüşçü öldürülüb və daha 170 cihadçı yaralanıb.

Sözçü bunu da əlavə edib ki, öldürülənlərdən 40-ı Rusiyanın Şimali Qafqaz bölgəsindəndir.

Konaşenkov qazax komandanın əsl adını açıqlamayıb.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bildirmişdi ki, keçmiş Sovet İttifaqı ölkələrindən 10 minədək səfərbərin İraq və Suriyada İŞİD sıralarında olduğuna inanılır.

Suriyada altı ildir ki, davam edən münaqişə nəticəsində 330 min insan öldürülüb, təxminən 5 milyon insan evlərindən qaçqın düşüb.

Rusiya, Suriya münaqişəsində prezident Assad-ın hakimiyyətini dəstəkləyir və 2015-ci ilin sentyabrından bu ölkədə hava kampaniyasını həyata keçirir. Rusiya Suriyadakı quru qoşunlarının da sayını əhəmiyyətli dərəcədə artırıb.

İran da Assad-I dəstəkləyir. İŞİD-ə qarşı koalisiyada olan ABŞ və Türkiyə anti-Assad müxalifətinin müəyyən qruplaşmalarına dəstək verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG