Qazaxıstanın keçmiş daxili işlər naziri Qalmukhanbet Qasymov ölkənin dövlət qvardiyasının komandanı təyin edilib.
Bu həmin Qasymov-dur ki, insan haqları təşkilatları onu etiraz edən neftçilərə atəş açılmasını əmr etməkdə ittiham edirlər.
Prezident Qasym-Zhomart Toqaevin mətbuat xidməti yanvarın 16-də prezident müşaviri və Təhlükəsizlik Şurasının katibi vəzifələrini tutan Qasymov-un yeni vəzifəyə təyin edildiyini xəbər verib.
Səkkiz il daxili işlər naziri işləmiş Qasymov Təhlükəsizlik Şurasının katibi vəzifəsinə ötən fevralda ölkəyə 30 il rəhbərlik etmiş Nursultan Nazarbaev qəfil istefa verməzdən bir neçə həftə əvvəl təyin edilmişdi.
Nazarbaevin özünə varis elan etdiyi 66 yaşlı Toqaev ötən ilin iyununda keçirilən seçkidə Qazaxıstanın yeni prezidenti seçilib.
Beynəlxalq müşahidəçilər bu seçkinin “geniş pozuntularla” keçirildiyini bildiriblər.
79 yaşlı Nazarbaev istefa verməsinə baxmayaraq ölkənin siyasi, iqtisadi və təhlükəsizlik sferaları üzrərində nəzarətə malikdir.
O özünün Nur-Otan partiyasına və Təhlükəsizlik Şurasına rəhbərlik edir.
Onun özünə verdiyi Elbaşı statusu Nazarbaevə o sağ olduqca mühakimələrdən immunitet verir.
Qasymov 2011-ci ilin dekabrında Janaözen şəhərində keçirilən etirazlarda azı 16 nəfər öldürüldükdən sonra beynəlxalq insan haqları təşkilatları tərəfindən sərt ittiham edilmişdi.
Dövlət Qvardiyası birbaşa prezidentə tabedir və həm prezidentin, həm də Nazarbaevin təhlükəsizliyi üçün məsuliyyət daşıyır.