Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:54

Qazaxıstan məmurlara xarici bank hesablarını qadağan edəcək


Qazaxıstan hökuməti bəyan edib ki, rəsmilərin və onların ailə üzvlərinin xaricdə bank hesablarına malik olması qadağan ediləcək.

Maliyyə naziri Erulan Zhamaubaev sentyabrın 2-də deyib ki, bu addım kölgə iqtisadiyyatına qarşı mübarizə və ölkənin maliyyə tənzimləməsi sisteminin gücləndirilməsi üçün atılır.

Zhamaubaev bunu da deyib ki, ölkədəki bütün bank hesabları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organization for Economic Cooperation and Development - OECD) informasiya mübadiləsi tələblərinə uyğun olaraq təftiş ediləcək.

OECD bazar iqtisadiyyatına malik 37 ölkəni birləşdirir.

Təşkilat habelə ona üzv olmayan 70-dək iqtisadiyyatla əməkdaşlıq edir.

Zhamaubaev planın nə vaxtdan etibarən tətbiq olunacağını deməyib.

Bundan bir gün əvvəl Qazaxıstan prezidenti Qasym-Zhomart Toqaev xalqa müraciətində demişdi ki, 2021-ci ildən başlayaraq hökumət rəsmilərinə, millət vəkillərinə, habelə hakimlərə xaricdə bank hesabları açmaq qadağan olunacaq.

Prezident bildirmişdi ki, bundan başlıca məqsəd korrupsiya ilə mübarizədir.

XS
SM
MD
LG