Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Qazaxıstanın keçid prezidentinin fotolarını ‘hamarlayırlar’


Toqaev retuşsuz və retuşlu
Toqaev retuşsuz və retuşlu

Yeni Zelandiya fotomüxbiri Amos Chapple keçmiş SSRİ-yə həmişə maraq göstərib. AzadlıqRadiosu onun çox maraqlı bir fotoreportajını dərc edib.

Qazaxıstanın keçid prezidenti Qasym-Zhomart Toqaevin düşdüyü vəziyyətin incəliyini bəlkə də anlamaq olar. Bu vəzifə ona ölkənin 30 illik lideri Nursultan Nazarbayevin mart ayında qəfil istefası nəticəsində keçib.

AzadlıqRadiosunun müxbirləri diqqət yetiriblər ki, keçid prezidentinin müxtəlif görüşlərdə çəkilmiş şəkillərinin üzərində fotoşop proqramının köməyi ilə əməlli-başlı redaktə, peşəkar dildə deyilsə retuş işi aparılıb.

Bu əməliyyatdan məqsədin 65 yaşlı keçmiş diplomatın və keçmiş baş nazirin üzündə illərin açdığı şırımları yığışdırmaq və onu həm də qarşıdan gələn erkən seçki ərəfəsində Elbasının özü qədər “gümrah” göstərmək olduğu aydınlaşır.

2019-cu martında çəkilmiş bu şəkildə Toqaev (sağda) ABŞ səfiri William H. Moserin etmadnaməsini qəbul edir. Fotonu Qazaxıstanın dövlət Kazinform agentliyi çəkib və dərc edib.

Amma bu foto bundan əvvəlki şəkildən bir neçə an sonra, bir qədər başqa bucaqdan çəkilib. Fotonu keçid prezidentinin ofisi yayıb. Rəsmi fotoda Toqaevin üz dərisi “hamarlanıb və cavanlaşıb”. Amma Amerika səfirinə belə bir “iltifat” göstərilməyib.

Bu şəkildə isə Toqayev aprel ayında Moskvada Vladimir Putinlə görüşür. Bu onun keçid prezidenti kimi ilk xarici səfəridir.

Amma elə bu görüşdən başqa bir fotonu Toqaevin admionsitrasiyası da dərc edib. Fərq aydın görünür. Politoloqlar bildirirlər ki, Nazarbayevin qüdrətli Nur Otan partiyasının namizədi kimi Toqaevi iyunda keçiriləcək seçkidə heç bir ciddi rəqabət gözləmir.

Moskva görüşü zamanı Kremlin fotoqrafı iki lideri söhbət edən yerdə çəkib.

Bu “şirin” söhbəti əks etdirən fotonu Toqaevin ofisi də çap edib. AzadlıqRadiosunun gördüyü bütün fotolarda Qazaxıstanın keçid liderinin siması üzərində “yaradıcı iş”getdiyi görünür. Onun boyun və boğazındakı qırışlar itib, amma görüşlərdəki başqa adamlar olduqları kimi qalıblar.

Aprelin sonlarında Cənubi Koreyanın prezidenti Moon Jae-in (solda) Qazaxıstana səfər etmişdi. European Pressphoto Agency (EPA) agentliyi bu səfər zamanı çəkilmiş fotonu yaymışdı.

Bundan az sonra Toqaevin mətbuat xidməti eyni görüşdən öz fotosunu yayıb. Bu foto da bir az fərqli bucaqdan çəkilib.

Macarıstan baş naziri Viktor Orban aprel ayında Qazaxıstana səfər edəndə də onun mətbuat xidməti bu rəsmi səfəri işıqlandıran fotolar dərc etmişdi.

Lakin bunun ardınca Toqaevin mətbuat xidməti öz fotolarını dərc edib. Bu fotolardakı rəng fərqi şəkillərin fərqli kameralar tərəfindən (macarlar Canon 5D Mark IV, qazaxlar isəNikon D5 kamerasından istifadə etmişdilər) çəkilməsindən də irəli gələ bilər, amma burada da redaktəsiz ötüşməyib.

AzadlıqRdaiosunun eksperti 100 faiz əmindir ki, bu şəkil də fotoşop edilib.

Amma Toqaevin bu fotosunu aprel ayında Reuters agentliyinin fotomüxbiri çəkib və beynəlxalq media əsasən bu fotodan istəfadə edir.

1991-ci ildə SSRİ dağılandan bəri müstəqil Qazaxıstanda bircə seçki də azad və ədalətli olmayıb.

Qərb müşahidəçiləri deyirlər ki, Toqaevin prezidentliyə gedən yolunda heç bir maneə görünmür.

AzadlıqRadiosunun Mərkəzi Asiya müxbiri Bruce Pannier deyir ki, foto manipulyasiyalarından məqsəd Toqaevi “təzə-tər” göstəməkdir:

“Toqaevin gələn ay 66 yaşı olacaq. Təsəvvür edinki, 70 yaşlı kişini 66 yaşlısı ilə əvəzləyirlər. Bu bir elə də dəyişiklik sayıla bilməz. Odur ki, Toqaevi daha gənc, dinamik və enerjili göstəmək istəyirlər. Halbuki hamı onun yaşını bilir”.

AzadlıqRadiosu müəyyənləşdirib ki, ümummilli lider, indi artıq keçmiş prezident Nazarbayevin də fotolarına əl gəzdirilir. O aprelin 28-də Çin prezidenti Xi Jinping-lə görüşmüşdü. Nazarbayevin şəkillərini əvvəllər də retuş edirdilər, son vaxtlar da bu işi davam etdirirlər.

Məsələn Qazaxıstan hökumətinin saytında aprelin 28-də yerləşdirilmiş bu fotoda Elbasının üz cizgilərinin retuş olunduğu görünür. Amma Toqaevdən fərqli olaraq onun üz qırışlarını yox, ahıllıq əlaməti olan üz ləkələrini “yığışdırırlar”.

Qazaxıstan prezidentinin administrasiyası AzadlıqRadiosunun bu barədə sorğularına cavab verməyib.

XS
SM
MD
LG