Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Qazaxıstan ölkədə ‘yeni ölümcül virus’ olduğunu inkar edir


Qazaxıstan xəstəxanalarından birində
Qazaxıstan xəstəxanalarından birində

Qazaxıstan ölkədə yeni pnevmoniya epidemiyasının tüğyan etdiyi barədə Çinin iddialarını “saxta xəbər” adlandırıb.

Qazaxıstan Səhiyyə Nazirliyi iyulun 10-da verdiyi bəyanatda bildirib ki, sətəlcəm və ya pnevmoniya hallarının sıçrayışlı artımı səhiyyə rəsmilərinin COVID-19 simptomlarının olduğu, lakin testlərin bunu göstərmədiyi halları da pnevmoniya kimi qeydə almaları ilə bağlıdır.

Nazirlik bildirib ki, belə bir praktika Dünya Səhiyyə Təşkilatının (DST) qaydalarına tam uyğundur.

Qazax rəsmilər deyirlər ki, bəzi Çin medialarının Qazaxıstanda guya pnevmoniyanın yeni növünün artmasına dair xəbərləri doğru deyil.

Bu bəyanatdan əvvəl Çinin Nur-Sultandakı səfirliyi özünün internet saytında Atırau, Aktobe və Çimkənd şəhərlərində iyun ayından bəri sətəlcəm hallarının “əhəmiyyətli artımı” barədə xəbərdarlıq yerləşdirmişdi.

Xəbərdarlqıda bu da qeyd olunurdu ki, bu pnevmoniyanın ölümcüllük dərəcəsi COVID-19-dan xeyli yüksəkdir.

Səfirlik bildirir ki, Qazaxıstanda 2020-ci ilin birinci yarısında pnevmoniyadan 1772 nəfər ölüb.

İyun ayında vəfat edənlərin arasında Çin vətəndaşlarının da olduğu xəbər verilir.

“Yeni” və “naməlum”un fərqi

Səhiyyə Nazirliyinin bəyanatından bir saat sonra Çin səfirliyi öz saytındakı xəbərdarlıqda “yeni pnevmoniya” ifadəsini “naməlum” sözü ilə əvəzləyib.

Buna baxmayaraq Çinin South China Morning Post qəzeti və başqa medialar artıq indiyədək Çin səfirliyinin saytına istinadən “Qazaxıstanda naməlum ölümcül pnevmoniya” başlıqlı yazılar dərc ediblər.

İndiyədək Qazaxıstan və Mərkəzi Asiyanınn başqa ölkələri koronavirusla bağlı statistikalarını manipulyasiya etməkdə və epidemiyanın miqyasını süni şəkildə kiçiltməkdə ittiham ediliblər.

Hökumətyönlü Tengrinews agentliyində bir həkim “pnevmoniya koronavirusun ifadə formasıdır” deyib.

Çin və Rusiya ilə həmsərhəd olan Qazaxıstan may ayında karantini qaldırdıqdan sonra bu ölkədə koronavirus yoluxmalarının sıçrayışlı artımı baş verib.

Qazaxıstan epidemiyanı cilovlamaq üçün bu həftə ikinci karantin elan edib.

Qazaxıstanda iyulun 9-da COVID-19-a rekord 1962 yoluxma qeydə alınıb. İndiyədək 55 min yoluxma, 264 ölüm baş verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG