Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:14

Erməni qadınların ‘qazan qiyamı’


AzadlıqRadiosunun müxbiri Ron Synovitz yazır ki, qazanların çömçələrlə döyəclənməsi o qədər də xoşagələn səs çıxarmır, amma aprelin 22-də Yerevandakı minlərlə binadan ucalan bu səda şəhər bələdiyyəsinin üzvü Zara Batoyanın qulaqlarında musiqi kimi çalınırdı.

Serj Sarkisyanın baş nazirliyinə etiraz olaraq gecə saat 11-də 15 dəqiqə qazan döymək məhz onun ideyası idi.

Ermənistanda Disability Info adlı əlil hüquqları qrupuna rəhbərlik Batoyan deyib ki, bu aksiya əlillərin və evdən çıxmaq imkanı olmayan qadınların kütləvi küçə etirazlarının bir hissəsinə çevrilməsini təmin edib.

Batoyan AzadlıqRadiosuna deyib: “Mən əliləm və əlil arabasından istifadə edirəm. Bilirəm ki, minlərlə insan küçə etirazlarına qoşulmaq istəsə də bunu edə bilməyib. Lakin onlar da bu etirazda iştirak etmək istəyirdilər”.

Onun sözlərinə görə, Ermənistanın patriarxal cəmiyyətində bir çox qadınlar – analar və həyat yoldaşları evdə oturmağa məcburdurlar.

Zara Batoyan
Zara Batoyan

Serj üçün “son zəng”

Batoyanın ideyası sosial media vasitəsi ilə reallaşsa da, qeyri-mütəşəkkil idi.

“Serj rədd olsun” etiraz hərəkatının tərəfdarı Mariya Karapetyan deyir ki, onlar bu etiraz aksiyasını Batoyanla müzakirə etmişdilər.

“Biz qadınlara demişdik ki, bu gecə saat 11-də onlar pəncərələrini açıb qazanlarını döyəcləsinlər. Cəmi 15 dəqiqə. Camaat yatmalıdır axı…”

Batoyan deyir ki, onlar bu aksiyanı “Serj üçün son zəng” adlandırmışdılar. Son zəngi bir qayda olaraq məktəblərdən və universitetlərdən məzun olanlar üçün çalırlar.

Beləliklə erməni qadınlar aprelin 22-dən başlayaraq hər gecə eyni vaxtda qazanlarını döyəcləmək qərarına gəlmişdilər.

Amma buna ehtiyac qalmadı. Qazanların döyəclənməsindən 20 saat sonra Sarkisyan istefasını elan etdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG