Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 12:36

Tarif Şurasının sədri rəqəmləri haradan götürür?


Tarif Şurasının sədri Şahin Mustafayev

İqtisadiyyat naziri və Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev bəzi kommunal xidmət qiymətlərinin differensiallaşdırılma səbəblərini açıqlayıb.

O, Milli Məclisdə büdcə müzakirələri gedərkən deyib ki, qiymətlərin differensiallaşdırılması Dövlət Neft Şirkətinin (SOCAR-ın) zərərlə üzləşməsindən qaynaqlanır: "Biz çox yaxşı başa düşürük ki, Tarif Şurasının qərarı çox da populyar qərar deyil. Min kubmetr qaz hasilatı SOCAR-a 140 manata başa gəlir. Amma min kubmetr qazın satış qiyməti, orta hesabla, 90 manatdır. Faktik olaraq, SOCAR zərərlə işləyirdi. Buna görə, nəinki investisiya qoymaq, hasilatı müəyyən səviyyədə saxlamaq da mümkün olmurdu”.

Buna da bax:​ Tarif dəyişikliyi büdcədə gəlir və xərcləri artırıb

Şirkətin dediyi rəqəm – maksimum 40 manat

SOCAR-ın zərərlə işləməsi anlaşılsa da, nazirin qazın maya dəyəri ilə bağlı dediyi rəqəm başadüşülən deyil. Axı şirkətin ötən ilə aid illik hesabatına görə, 2015-ci ildə min kubmetr qazın faktik istehsal maya dəyəri 39,74 manat olub ki, bu da 2014-cü illə müqayisədə 2,55 manat və ya 6.8 faiz artım deməkdir.

SOCAR-ın hesabatı əsas götürülsə, gələn il min kubmetr qazın maya dəyərini maksimum 50 manatdan götürmək olar. Bu o anlama gələcək ki, hökumət 1 kubmetri 5 qəpik olan qazı 20 qəpiyə satacaq.

Buna da bax: 'Azəriqaz' smart sayğaclarına limit tətbiq etdi

Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban yada salır ki, SOCAR Tarif Şurasına qazın min kub/metrinin 180 manatadək qaldırılması təklifi ilə müraciət etmişdi: “Tarif Şurası SOCAR-ın bu müraciətini əhali qrupu üçün differensiallaşdırılmış tariflərlə əvəz etdi. Yəni, SOCAR-ın qeyd etdiyi kimi, abonentlərin 62 faizinə bunun təsiri olmayacaq. Energetiklərsə 120 manatdan ödəyəcəklər. Qeyri-əhali qrupu üçün 200 manat müəyyənləşdirilib. Ölkənin qaz balansına baxsaq, istehlak edilən qazın 55 faizi "Azərenerji”nin, 30 faizi əhali qrupunun, 15 faizi qeyri - əhali qrupunun üzərinə düşür. Onda belə çıxır ki, Tarif Şurasının qiymət artımına dair qərarından sonra da, SOCAR qazın maya dəyərini ödəmək qabiliyyətində deyil”.

“Şahin Mustafayevin özünün də sədr olduğu Tarif Şurası...”

Ekspert deyir ki, yeni tariflərlə rəsmi istehlak səviyyəsi nazirin dediyi maya dəyərini ödəyə bilməz: “Hesab edək ki, əhali qrupunda 38 faiz limitdən artıq istehlak edəcək. Qeyri-əhali qrupu isə heç toplam 1,5 milyard kubmetr qaz işlətmirsə, sual doğur: Şahin Mustafayevin özünün də sədr olduğu Tarif (qiymət) Şurası hansı iqtisadi dəyərlərdən çıxış edərək belə bir qərar verib? Axı ölkənin qaz sənayesi rentabelli deyil. Təsəvvür edin ki, təkcə enerji sektoruna satılan qaza görə, SOCAR 1 ildə 110 milyon manat ziyana düşür. Özü də ö şərtlə ki "Azərenerji" ona satılan qazın pulunu 100 faiz ödəsə”.

Buna da bax:​ Tarif Şurasının qərarına iki deputatdan fərqli baxış

XATIRLATMA

Bilindiyi kimi, Tarif Şurasının noyabrın 28-də keçirilən toplantısında qazın və elektrikin qiymətləri qaldırılıb. Qazın qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılardan ötrü dəyişdirilmir və 1 kubmetrə görə mövcud 10 qəpik səviyyəsində saxlanılıb. Ancaq illik istehlak həcmi 1500 kubmetri aşan hissə 1 kubmetrə görə 20 qəpik ödəyəcək.

Buna da bax:

İşıq-qaz təkər təmirindən tutmuş bütün xidmətləri bahalaşdırır...
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG