Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:48

Ana oğlunun ailəsini evə buraxmır- [Məhkəmə]


►"Yalnız öz maddi maraqları olanda əl-ayağa düşürlər. Onlara niyə maaş verilir, bilmirəm"

AzadlıqRadiosunun “Qaynar xətt”inə üz tutan Bakı sakini İlkin Qasımovun şikayəti icra məmurlarındandır.

Deyir, anası Rasilə Qasımova 17 il əvvəl ata evini satandan sonra onu aldığı yeni mənzilə - Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, döngə 7, mənzil 2 ünvanına qeydiyyata salmaqdan imtina edib. 2 il əvvəl isə ev sahibəsi oğlunun və ailəsinin mənzildən çıxarılması üçün məhkəməyə müraciət edib.

Məhkəmə İlkin Qasımovun həyat yoldaşı İndira Qasımovanın mənzildən çıxarılması, İlkin Qasımovla oğlunun isə mənzilə qeydiyyata alınaraq vərəsə hesab olunması barədə qərar çıxarıb. İş orasındadır ki, qərarı icra etməyə gələn icra məmurları təkcə gəlini yox, onu və övladını da evdən çıxarıblar.

Buna da bax: Terrorun təşkilatçısı Parisdə öldürüldü

MƏHKƏMƏ QƏRARI İCRA OLUNMUR

Bu dəfə İlkin Qasımov ailəsi ilə birlikdə mənzilə köçürülmə ilə bağlı məhkəməyə müraciət edib.

Ötən il məhkəmə onun və ailə üzvlərinin ünvana qeydiyyata alınmalarına və mənzilə köçürülmələrinə dair qətnamə çıxarıb. Məhkəmə qərarı 1 ildir ki, icrasız qalıb:

“Ailəmlə kirayələrdə qalmışam. Az qala, hər gün icra məmurları şöbəsinə gedirəm. Xahiş edirəm ki, məni və ailəmi evə köçürsünlər. Vəziyyəti başa salıram, deyirəm ki, “işləmirəm, kirayəhaqqı ödəyə bilmirəm”. Hər dəfə də deyirlər, “narahat olma, az qalıb”. Yalançı vədlərdən bezmişəm”.

Deyir, məhkəmə qətnaməsinin yerinə yetirilməməsi ilə bağlı iki dəfə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Xanlar Zeynalovun yanında olub. Hətta iki icra məmuruna töhmət də verilib. Ancaq qərar yenə icrasız qalıb:

“1 ildə gördüyüm, şahidi olduğum budur ki, icra məmurları həlli sadə məsələləri qəsdən dərinləşdirirlər. Qərarlar yığılır qalır, adamları get-gələ salırlar. İcra məmurları işləmir. Yalnız öz maddi maraqları olanda əl-ayağa düşürlər. Onlara niyə maaş verilir, bilmirəm”.

Rasilə Qasımova oğlunu və ailəsini evdən çıxarmasının səbəbini onunla izah edib ki, yaşlıdır, “nəvəsinin səsi başına düşür”.

Buna da bax: Məhkəmə Cəmil Həsənlinin qızına "yox" dedi

HƏRƏKƏTSİZLİKDƏN MÜRACİƏT OLUNA BİLƏR

Hüquqşünas Fuad Hüseynov deyir, məhkəmə qərarının icra müddəti başa çatanadək icra olunmaması buna cavabdehlik daşıyanlara məsuliyyət yaradır:

“İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməlidir. Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Əgər qərarın icra olunmaması icra məmurunun belə deyək, tənbəlliyindən, yaxud hansısa maraq güdməsindən irəli gəlirsə, bu zaman onun hərəkətsizliyindən prokurorluğa müraciət oluna bilər”.

Nəsimi rayon İcra Şöbəsindən məsələyə aydınlıq gətirən olmayıb.

XS
SM
MD
LG