Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 14:18

Qatarlar 2-3 saat gecikib


Bakı- Sumqayıt qatarı
Bakı- Sumqayıt qatarı

Dekabrın 30-da Yevlaxda qatar qəzaya düşüb. AZƏRTAC-ın xəbərinə görə, bu barədə “Azərbaycan Dəmir Yolları” qapalı səhimdar cəmiyyəti-nin (QSC) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

“Dekabrın 30-da saat 03:15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci kilometrliyində, piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən mühərriki sönüb, həmin keçiddə qalıb və toqquşma hadisəsi baş verib”

S.Qədirova habelə, vurğulayıb ki, hadisə nəticəsində heç bir xəsarət alan olmayıb.Hadisənin nəticələri üç saat ərzində tam aradan qaldırılıb və “Azərbaycan Dəmir Yolları” QSC həmin ərazidə nəzərdə tutulan maksimal sürətlə fəaliyyətini tam bərpa edib. Onun sözlərinə görə, bu səbəbdən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib.

QSC rəsmisi onu da qeyd edib ki, həmin istiqamət üzrə hərəkət tam bərpa olunub, və hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər.

XS
SM
MD
LG