Keçid linkləri

2025, 15 İyun, bazar, Bakı vaxtı 06:40

Qatarın qәzaya uğraması ilә bağlı rәsmi mәlumat yayıldı


“Azərbaycan Dəmir Yolları” QSC iyulun 8-də Bakı-Tbilisi sərnişin qatarının yolda qalması ilә bağlı açıqlama yayıb.

Mәlumatda bildirilir ki, saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyan qəbuledicisi zədələnib, kontakt naqilində qopmalar baş verib.

Hadisә zamanı qatarda yanğın baş vermәdiyi, xəsarət alan olmadığı deyilir.

Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb.

QSC hazırda qatarların öz qrafiki ilə hərəkət etdiyini bildirir.

XS
SM
MD
LG