Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 14:01

Qarakənd faciəsindən 29 il ötür


Bu gün, noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu Mi-8 helikopterinin vurulmasından 29 il ötür.

Rəsmi açıqlamaya görə, nəticədə helikopterdə olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, deputat Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev olub. Habelə, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də bu faciədə həlak olublar.

İlkin rəsmi məlumatlarda helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulduğunun təsdiqləndiyi açıqlanıb.

Faktla bağlı 1991-ci il noyabrın 21-də Hərbi Qarnizon Prokurorluğu cinayət işi açıb. İstintaq Respublika Prokurorluğunda davam etdirilib. Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Buna hadisənin baş verdiyi ərazinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı əsas gətirilib. Cinayəti törədən şəxs və ya şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.

Azərbaycan helikopteri Dağlıq Qarabağdakı separatçı qüvvələrin vurduğunu bildirir.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Amma bu il noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna - döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Bu gün, noyabrın 20-də Azərbaycan ordusunun Ağdam rayonuna daxil olduğu açıqlanıb.

Multimedia

XS
SM
MD
LG