Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:28

Azı 10 ev su altında qala bilər


Daşan Qaraçay kənd camaatının gününü qara edib
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Daşan Qaraçay kənd camaatının gününü qara edib

«6 il öncə burda çayın kənarına sədd çəkildi. İndi çay suları sədləri də yuyub aparır. Sədlərin bir hissəsi uçub. Təhlükə günbəgün yaxınlaşmaqdadır».

Qubanın İkinci Nügədi kəndinin sakini Taleh Əliyev AzadlıqRadiosuna kənddən keçən çayın buradakı insanların həyatına yarada biləcəyi təhlükədən danışır.

Bu ilin sentyabrında Xaçmazın Qarğalıq kəndinin sakinləri də «Qaynar xətt»ə müraciət etmişdilər. Onlar Qaraçayın daşması nəticəsində evlərini və əkin sahələrini su basdığını, əkin və heyvandarlıq təsərrüfatlarına zərər dəydiyini bildirirdilər. Qubanın İkinci Nügədi kəndinin sakinləri isə deyirlər ki, hökumət vaxtında tədbir görməsə, bu kəndin durumu Qarğalıqdakından da pis ola bilər.

«AZI 10 EV SU ALTINDA QALAR»

Taleh Əliyev: «Bu kəndi çoxdan sel-su yuyub aparardı. Fəlakətin qarşısını kəsən 6 il öncə aparılmış çayətrafı bənd-bərkitmə işləri olub. Ancaq çay məcrasını dəyişdiyindən həmin beton səddin təqribən 10-15 metr uzunluğunda hissəsini aşırdıb. Tədbir görülməsə, yazda çay suları qalxanda azı 10 ev su altında qala bilər».

Qaraçay ətrafında yaşayanlar bu günədək rəsmi qurumlara çoxsaylı məktublar göndəriblər ki, çayda müxtəlif karxanaların apardığı qazıntıların qarşısı alınsın. Sakinlər hesab edirlər ki, çayın məcrası məhz bu səbəblərdən dəyişib.

Taleh Əliyev: «Bir tərəfdən qazdıqlarını çayın digər tərəfinə tökürlər, ağıllarına gələni edirlər. Suyun qarşısını bu tərəfdən kəsirlər, o tərəfdən özünə yol açır. Bu minvalla da yavaş-yavaş məcrasını dəyişib. İndi çay bəndlərin divarları ilə axır və betonu yuduqca sədlərdə aşmalar olur».

TORPAQ SÜRÜŞMƏSİ AKTİVLƏŞİR

Çayların dibinin qazılması təkcə sel təhlükəsi yaratmır, həm də kənddə torpaq sürüşməsini aktivləşdirir.

Quba rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi bilgiləndirilib. Nazirlik əməkdaşları kənddə həmin əraziyə baxış keçiriblər. Yarana biləcək təhlükənin qarşısının alınması üçün gərəkən tədbirlər görüləcək.

Qeyd edək ki, bu il sentyabrın 2-də Qaraçayın Xaçmazın Qarğalıq kəndindən keçən hissəsinin daşması kənddə onlarla evi sulara qərq edib. Heyvandarlığa və əkinçiliyə zərər dəyib. Hökumətin vaxtında yardım etməməsi ev-eşikləri və təsərrüfatları su altında qalan sakinləri dilə gətirmişdi.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG