Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

'Guya, birbaşa danışğa gedəndə... ' -media icmalı


Dağlıq Qarabağ, Şuşa , 25 mart 2014
Dağlıq Qarabağ, Şuşa , 25 mart 2014

Dünya Bankının "Doing Business 2019” hesabatı, ölkənin enerji sahəsində vəziyyət, Qarabağ münaqişəsi və başqa məsələlər medianın aparıcı mövzularındandır…

Azərbaycanın enerji sisteminin problemləri

“Yeni Müsavat” qəzetində “Enerji sistemi alman şirkətinə verilir iddası” sərlövhəli yazı oxumaq olar.

Yazıda 2018-ci ilin iyul ayının əvvəlində Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzaya toxunulur. Müəllifin fikrincə, qəza nəticəsində təkcə ölkə enerjisiz qalmayıb, həm də bu sahədə bir sıra problemlər aşkara çıxıb.

Bu günlərdə İES-də təmir və yenidənqurma işlərinə dövlət büdcəsindən 48 milyon manat vəsait ayrıldığını vurğulayan müəllif qəzanı araşıdran dövlət komissiysına istinadən ölkənin enerji sistemində monitorinq məqsədi ilə Almaniya və Rusiyadan mütəxəssislər cəlb edildiyini yada salır.

Arxiv foto
Arxiv foto

Yazıda bəzi iddialara toxunulur və ölkənin enerji sistemində idarəetməyə xarici şirkətin cəlb edilə biləcəyini qeyd olunur.

İqtisadçı Natiq Cəfərli isə qəzetə deyib ki, Azərbaycanın enerji sisteminin hazırda iki böyük problem var:

“Bunlardan birincisi istehsal xərclərinin, yəni maya dəyərinin həddindən artıq yüksək olmasıdır. Halbuki, Azərbaycanda həm mazut, həm qaz, həm də su elektrik stansiyalarında maya dəyəri bu qədər yüksək olmamalıdır. Buna görə də ilk növbədə enerji istehsalında maya dəyəri aşağı salınmalıdır. Yeni texnologiyaların tətbiqi ilə buna nail olmaq mümkündür”.

O, hesab edir ki, ölkənin enerji təsərrüfatında ikinci böyük problem itkilərin yüksək olmasıdır:

“Bu sahədə də uzun illərdir hökumət ciddi nəticəyə nail ola bilmir. Bunun üçün də yeni texnologiyaların tətbiqinə ehtiyac var. Bütün bunlar göstərir ki, xarici şirkətlərin enerji sektoruna cəlb edilməsi artıq zərurətə çevrilib”.

“Ermənistanla birbaşa danışıqlara gedəndə…”

Nikol Pashinian , 1 noyabr 2018
Nikol Pashinian , 1 noyabr 2018

“Azadlıq.info” saytında “Məğlubiyyət danışıqlarına sədaqət” sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, artıq 30 ildir Qarabağ münaqişəsi həllini tapmır. Müəllif hesab edir ki, mövcud hakimiyyətin də son 25 ildə yürütdüyü siyasət özünü doğrultmur.

Bütün dövrlərdə “danışıqlarda irəliləyiş var” deyilib, geriyə addım atılıb. Bütün dövrlərdə “danışıqlar məntiqi sonluğuna çatıb” bəyanatı yayılıb, amma məntiqsizlik ortaya çıxıb. Xatırlayırsızsa, bir müddət əvvəl “biz mənasız danışıqlardan imtina edirik”, “bundan sonra nəticəsi olmayan danışıqlar aparılmayacaq” kimi “qətiyyətli” vədlər verirdilər”

Müəllifin yazmasına görə, Ermənuistanın baş naziri N. Pashininanın məlum bəyanatından sonra isə bu illər ərzində heç bir uğur əldə edilmədiyi bəlli olub:

“ Pashinian Qarabağın Ermənistana birləşdirilməsindən, bu ərazilərin Azərbaycana məxsus olmadığından, Azərbaycanın tərəf kimi qondarma Dağlıq Qarabaq hökumətilyə danışıqlar aparmalı olduğundan dəm vurur”

Daha sonra müəllif deputat Zahid Orucun bu günlər səsləndirdiyi təklifə də münasibət bildirir. Z. Oruc müsahibələrinin birində deyib ki, Azərbaycan ATƏT-in Minski qrupu olmadan Ermənistamnla birbaşa danışıqlara getməlidir:

“Guya, birbaşa danışğa gedəndə Rusiyanın sifarişindən imtina edəcəklər?”, deyə yazıda sual edilir.

Müəllif sonda da yazıb ki, “Pashinianla üz-üzə görüşmək, Qarabağın gözlərindəki yaşı silməyəcək”

“İlham Əliyevin inkişaf strategiyası”

İlham Əliyev Nazirlər Kabinetinin iclasında, 8 iyul 2018
İlham Əliyev Nazirlər Kabinetinin iclasında, 8 iyul 2018

“Azərbaycan” qəzetində isə “İlham Əliyevin inkişaf strategiyası qlobal miqyasda təqdir olunur” sərlövhəli yazı dərc edilib. Yazıda Dünya Bankının oktyabrın 31-də açılqadığı "Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyi ilə bağlı dəyişikliklər dəyərləndirilir.

Həmin hesabatda Azərbaycanın indeksi 32 pillə yaxşılaşıb, Azərbaycan dünyanın 190 ölkəsi arasında 25-ci yerdə qərarlaşıb:

“Bir neçə il öncə neftin qiymətinin kəskin ucuzlaşmasının bir sıra ölkələrin iqtisadiyyatına ciddi təsir göstərməsinə baxmayaraq, Azərbaycan qlobal maliyyə-iqtisadi böhrandan minimal çətinliklə çıxmağı bacardı. Bunun da əsas səbəbi ölkədə vaxtında tətbiq olunan qabaqlayıcı tədbirlər, ən əsası, yeni iqtisadi şəraitə uyğun olaraq başladılan iqtisadi islahatlar idi. Belə ki, bu islahatlar qeyri-neft sektorunun inkişafı məqsədilə bir sahə ilə kifayətlənməyərək kompleks tədbirlərin görülməsini əhatə etdi”, müəllif yazıb

Yazıda iddia edilir ki, 2016-cı ilin ilk rübündən başlanan islahatlar nəticəsində bütün iqtisadi risklər minimuma endirilib.

Müəllif görülən işləri bələ dəyərləndirir:

“Bu zaman qarşıya qoyulan ən əsas vəzifə yeni çağırışlardan irəli gələrək qeyri-neft sektorundakı mövcud potensialın hərəkətə gətirilməsi, bu sahədə dinamik inkişafa nail olmaq üçün yeni iqtisadi islahatların həyata keçirilməsi idi. Bu məqsədlə qeyri-neft istehsalının stimullaşdırılması, sahibkarlıq fəaliyyəti üçün daha münbit şəraitin yaradılması, o cümlədən kənd təsərrüfatında ölkəmizə valyuta gətirə biləcək sahələrin inkişafı üçün təxirəsalınmaz addımlar atıldı…”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG