Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 02:38

Qarabağda fəaliyyət göstərən şirkətlərə cinayət işi qaldırılıb


Azərbaycan, Xankəndi 5 aprel 2016

İşğal olunmuş ərazilərdə hüquqi şəxslərin qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olmalarıyla bağlı Xarici İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.(Report)

Aparılmış araşdırmalar nətisində İsveçrə, Bolqarıstan, Uruqvay, Argentina, Rumıniya və başqa ölkələrin bir sıra şirkətlərinin, o cümlədən “Haik Watch and Jewelry Co”, “Rodino Haskovo” JIC, “Centro Ceibal”, “Deccan Gold Mines Ltd” və “Cosmote Romanian Mobile Telecommunications S.A” şirkətlərin rəhbərlərinin 1999-2017-ci illərdə Azərbaycanın dövlət sərhədlərini pozduqları məlum olub.

Prokuroluq bu şirkətlərin təmsilçilərinin Ermənistan ərazisindən Azərbaycan ərazilərinə dəfələrlə qanunsuz daxil olduqlarını bildirir.

Bu şirkət təmsilçiləri digər şəxslərlə mütəşəkkil dəstə halında Xankəndi, Şuşa şəhərləri, Laçın, Kəlbəcər rayonları və digər yaşayış məntəqələrində Azərbaycanda dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıblar. Bu qanunsuz fəaliyyət nəticəsində təbii sərvət və faydalı qazıntıların istismarı da daxil olmaqla Azərbaycana külli miqdarda ziyan vurmaları və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn hərəkətlər etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Həmin faktlar üzrə Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG