Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:45

“Siyasi elita Qarabağ münaqişəsini dondurmağa çalışır”


►Azər Rəşidoğlu: “Rusiya nə qədər ki münaqişənin həllində maraqlı deyil, problem həll edilməmiş qalacaq”

Mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır.

Bu xəbəri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova təsdiqləyib. O deyib ki, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir.

Ancaq siyasi şərhçi Azər Rəşidoğlu görüşün baş tutacağına inanmadığını, görüş alınsa belə heç bir razılaşmanın əldə edilməyəcəyini söyləyir:

– Mən prezidentlər səviyyəsində görüşün baş tutacağına o qədər də inanmram. Bu, az inandırıcı görünür. Görüş xarici işlər nazirləri səviyyəsində, yaxud digər rəsmi strukturlar səviyyəsində ola bilər. Ancaq Azərbaycan və Ermənistan prezidentlərinin indiki məqamda görüşə biləcəyini real hesab etmirəm. Əlbəttə, siyasətdə hər şey mümkündür. İstisna deyil ki, bu görüş ola bilər. Ancaq görüş baş tutarsa belə, hazırkı mərhələdə hansısa qarşılıqlı razılaşmaya gəlmək imkansız görünür. Hər iki tərəf ciddi kompromisə getmək məcburiyyətindədir. İctimai rəyi buna hazırlamadan, çətin ki, hansısa bir razılaşma olsun. Ermənistanda vəziyyət onsuz da Sarkisian üçün asan deyil. O, müxtəlif güc mərkəzləri tərəfindən sıxılır. Onun kompromisə razılaşması artıq siyasi hakimiyyətdən getməsi anlamına gələr. Digər tərəfdən isə Azərbaycan hərbi ritorika dilində danışır. Ona görə Azərbaycanın ciddi kompromisə getməsi mümkün deyil. Bu baxımdan görüşün olacağı ehtimal azdır. Hətta görüş olsa belə, kompromislərin əldə ediləcəyi mümkün deyil. Əgər görüş baş tutarsa və iflasa uğrayarsa, onda tərəflərin hər birinin hərbi ritorkanı artırması qaçılmaz olacaq. Bu da dünya güclərinin regiondakı maraqlarına uyğun deyil.

– Siz kompromislərdən danışdınız. Azərbaycan hansı kompromisə getməlidir?

– Burda çox incə bir məqam var. Birinci, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Yəni, “biz Xankəndini vuracağıq” ritorikası yersizdir. Xankəndində yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Dinc vətəndaşların hər hansı hərbi əməliyyatlar nəticəsində zərərsizləşdirilməsi yolverilməzdir. Bu, Azərbaycana qarşı işlənə biləcək bəyanatlardır. Heç vaxt da reallaşa bilməyəcək bəyanatlardır. Azərbaycan öz vətəndaşları ilə birbaşa danışıqlara başlaya bilər. Əlbəttə ki, daxili işlər, ya da kənd təsərrüfatı naziri səviyyəsində. Dağlıq Qarabağın separatçı rejimi ilə hansısa danışıqlara gedib Azərbaycan Konstitusiyasının bərqərar olunması istiqamətində addımlar atıla bilər. Azərbaycan 5 rayonun, o cümlədən, Laçın dəhlizinin qaytarılmasına səy göstərir. Əslində, münaqişə tərəfi Rusiya olduğuna görə bu proseslər alınmır. O qədər qeyri-müəyyən bir vəziyyət yaranıb ki, Rusiyanın iqtisadi baxımdan çöküşü reallaşmayınca, Qarabağ probleminin həlli mümkün deyil. Münaqişə tərəfi Azərbaycan və Ermənistan olmadığına görə, daha çox Rusiya münaqişənin həllində maraqlı olduğuna görə yaxın mərhələdə prosesi dondurulmuş saxlamaq daha düzgündür. Güman edirəm ki, Azərbaycan siyasi elitası da məhz buna çalışır. Çünki problemin hərbi və Azərbaycanın xeyrinə digər formada həlli mümkün deyil. Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Lakin münaqişənin hərbi yolla tənzimlənməsi istər Rusiya tərəfindən, istərsə də Qərb ölkələri tərəfindən yolverilməz hesab olunacaq. Bakı diplomatik tələyə düşüb təklənə bilər. Odur ki, hansısa bir formada danışıqlar da effekt vermirsə, münaqişənin dondurulmuş mərhələdə qalması daha realdır. Əlbəttə, emosional yanaşsaq, dərhal öz nəzarətimizi bərpa etməliyik. Ancaq dünyada, o cümlədən, bölgədə gedən proseslər bunu real müstəviyə transfer etməyə imkan vermir.

____________________________________________________________

Bunlara da bax:
Polisdə ölən gəncin atası: Oğlumu onlar öldürdü
Su bahalaşdı - Tarif Şurası

____________________________________________________________

– Bəs aprelin əvvəlindəki 3 günlük müharibə nə üçün idi?

– Əvvəlcədən bəlliydi ki, bu münaqişə hərbi ritorikadan uzağa getməyəcək. Və ya Azərbaycanın hansısa əraziləri azad edəcəyi real idi. Ancaq bu miqyas genişlənə bilməzdi. Azərbaycan daha çox əraziləri azad etməyə başlasaydı, onda Rusiya işə qarışacaqdı. Bu isə yeni ərazi itkisi anlamına gəlirdi. Çünki bu prosesdə Rusiya dominant rolunu bərpa etdi. Üçgünlük savaşdan sonra Moskvada atəşkəsin imzalanması Cənubi Qafqazda əsas söz sahibinin Rusiya olduğunu göstərdi. Zənnimcə, tərəfləri ən azı Ermənistanın əli ilə savaşa təhrik edən və atəşkəsə vadar edən də məhz Rusiya idi. İctimai rəy süni şəkildə eyforiyaya gətirilmişdi. Eyforiyaya düşən siyasi şərhçilər bu savaşın davam edəcəyini, hətta Yerevanın vurulacağını deyirdilər. Əlbəttə, bunlar blef idi. İlk gündən bəlliydi ki, savaş uzun çəkməyəcək.

– Belə çıxır ki, Rusiya istəməsə, münaqişə həll olunmamış qalacaq?

– Bəli, Rusiya nə qədər güclüdür və münaqişənin həllində maraqlı deyil, münaqişə həll edilməmiş qalacaq. Münaqişə tərəfi Ermənistan deyil, Dağlıq Qarabağ deyil. Münaqişə tərəfi Rusiyadır. Azərbaycanın Rusiyaya duruş gətirməyə hərbi, iqtisadi gücü yoxdur. Amerika, ya da Qərb dairələri bu məsələdə Azərbaycanı birbaşa müdafiə eləməyəcəklər. Bu səbəbdən də Azərbaycan siyasi elitası problemi dondurulmuş saxlamaqda daha çox maraqlıdır.

Buna da bax: Sorğu - Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi nədir?

Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

____________________________________________________________

Bunlara da bax:
Muradbulaqda məktəb – yük vaqonu
Hafiz Məmmədov: «Mənə zərbəni Eldar Mahmudovun oyunları vurdu»

____________________________________________________________

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun radio proqramında (13 may)

Britaniyada mülk sahibləri adlarını açıqlamalı olacaqlar
Gənc fəalların həbsinə beynəlxalq reaksiyalar

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (13 may)

Vergilər Naziri olsaydın nə qərarlar verərdin?

XS
SM
MD
LG