►Fikrini aşağıdakı "Şərhlər" bölümünə yaz!
ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru James Clapper öz hesabatında qeyd edib ki, "Bakının fasiləsiz silahlanması və iqtisadi vəziyyətin pisləşməsi 2016-cı ildə Qarabağ münaqişəninin kəskinləşməsi ehtimalını artırır."
Son 1 ildə qoşunlarının təmas xəttində atəşkəs tez-tez pozulur. Fevralın 12-də Azərbaycan tərəfi erməni birləşmələrinin 5-7 itki verdiyini bildirib.
Ermənistan tərəfi bu məlumata hələ reaksiya verməsə də, fevralın 11-də Qarabağda bir dinc sakinin Azərbaycanın snayper gülləsindən öldüyünü deyib.
Səncə, bu il gərginliyin kəskin artması ehtimalı varmı?