Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

'Qarabağ' 'BATE' oyunun hakimləri bəlli olub


Qarabağ - Salzburg futbol -31 iyul 2014
Qarabağ - Salzburg futbol -31 iyul 2014

"Qarabağ" klubunun Çempionlar Liqasında Belarusun BATE komandası ilə keçirəcəyi III təsnifat mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

Avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma isveçli hakimlər briqadasına tapşırılıb. Baş hakim Andreas Ekberq təyin edilib. Ona Mehmet Kulum və Stefan Hallberq yan xətt, Kristofer Karlsson dördüncü hakim kimi kömək edəcək. Avstriyalı Robert Sedlaçek hakim-inspektor, qazaxıstanlı Oljas Abrayev UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Matç saat 21:00-da başlanacaq. Cavab oyunu isə bir həftə sonra Belarusda baş tutacaq.

“Qarabağ” bu il Çempionlar Liqasının təsnifat mərhələsində buna qədər 2 kulubu yarışdan kənarlaşdırıb. Bunlar Sloveniyanın “Olimpiya” və Albaniyanın “ Kukesi” klubları idi.

XS
SM
MD
LG